"Rəqabət imkan verdiyi qədər qiymətlər arta bilər" - İqtisadçı
"Daşınma və enerji xərclərinin artması idxal məhsullarını bahalaşdırır, neft-qaz əsaslı sahələrdə isə bu təsir daha güclü olur" Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli bildirib. İqtisadçı vurğulayıb ki, nəticə etibarilə, daşınma xərclərinin artması, istehsal maya dəyərinin yüksəlməsi və enerj

"Daşınma və enerji xərclərinin artması idxal məhsullarını bahalaşdırır, neft-qaz əsaslı sahələrdə isə bu təsir daha güclü olur" Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli bildirib. İqtisadçı vurğulayıb ki, nəticə etibarilə, daşınma xərclərinin artması, istehsal maya dəyərinin yüksəlməsi və enerji qiymətlərindəki dəyişikliklər idxal məhsullarının qiymətini artırır. Bununla belə, hər məhsulda bu artımın payı fərqli ola bilər və bu, rəqabət mühitindən də asılıdır. Rəqabət imkan verdiyi qədər qiymətlər arta bilər: "Ümumilikdə, baş verən proseslər idxalın həm alış qiymətlərini, həm də daşınma xərclərini artırır. Xüsusilə neft-kimya məhsullarında hansı ki, neft qaz məhsulları çox istifadə olunur burada bahalaşma nisbətən daha çox oluna bilər”

