Royal Windsor Horse Show 2026 başlayır (FOTO/VİDEO)
BAKI, Azərbaycan, 16 may. Bu gün Böyük Britaniyada ənənəvi olaraq keçirilən Royal Windsor Horse Show 2026 başlayıb. Bu barədə Trend-ə Azərbaycan Atçılıq Federasiyasındakı mənbə bildirib Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkə i

BAKI, Azərbaycan, 16 may. Bu gün Böyük Britaniyada ənənəvi olaraq keçirilən Royal Windsor Horse Show 2026 başlayıb. Bu barədə Trend-ə Azərbaycan Atçılıq Federasiyasındakı mənbə bildirib Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda ölkə ilk dəfə 150 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur Bu ilin ən möhtəşəm tamaşalarından biri də Qarabağ atlarının cəsarətli gözəlliyini, nəfis Azərbaycan rəqslərini, ecazkar milli musiqiləri və orkestrin ifalarını əks etdirən “Azərbaycan - Odlar Yurdu” şou kompozisiyası idi Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı və süvari dəstəsi növbəti dəfə 23 Qarabağ atı ilə ölkəmizi yüksək səviyyədə təmsil edərək tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb Tamaşanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı əməkdar artist Fərid İbrahimov, süvari dəstəsinin təlimçisi baş təlimatçı İmran Əhmədli, nümunəvi hərbi orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan “Arşın mal alan” operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və emosional kompozisiya tamaşaçılara təqdim olunub. Bu kompozisiya milli musiqimizin zənginliyini və incəliyini bir daha parlaq şəkildə nümayiş etdirdi Tədbirdə iştirak edən İngiltərə kralı III Çarlz Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılamış, “Azərbaycan – Odlar Yurdu” şou-kompozisiyasına böyük maraqla baxmışdır Operettada baş qəhrəmanlar böyük məharət və peşəkarlıqla təsvir edilmişdir. Gülçöhrə obrazını əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əsgər obrazını əməkdar artist Tural Ağasıyev və solist Fəhri Kazım Nicat, Vəli obrazını isə Rauf Zeynalov ifa ediblər. Onların səhnədə nümayiş etdirdikləri yüksək aktyorluq məharəti, personajlara bəxş etdikləri xüsusi ruh və emosional çıxışlar tamaşaçılar tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb Azərbaycan nümayəndə heyətinin çıxışları mayın 17-dək davam edəcək, bu gün isə “Odlar Yurdu” polo komandasının çıxışı olacaq Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


