Rusiyanın Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracı 800 milyon dollara çatıb
Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracının həcmi ildə təxminən 800 milyon ABŞ dolları təşkil edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev "Made in Russia" qala gecəsində deyib "Rusiyanın A

Rusiyadan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracının həcmi ildə təxminən 800 milyon ABŞ dolları təşkil edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev "Made in Russia" qala gecəsində deyib "Rusiyanın Azərbaycan Respublikasına ixracının aparıcı qüvvəsi təbii ki, kənd təsərrüfatı məhsullarıdır. Rusiyadan ildə orta hesabla 800 milyon dollara yaxın ixracat Azərbaycana gedir", - Quliyev deyib O, həmçinin Rusiya şirkətlərinin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən sərgilərdə uğurla iştirak etdiyini vurğulayıb Qeyd edək ki, Bakıda Rusiya istehsalçıları ilə Azərbaycanın biznes nümayəndələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş işgüzar tədbir olan “Made in Russia” adlı qala şam yeməyi keçirilir Qala şam yeməyinin əsas məqsədləri Rusiya şirkətləri ilə Azərbaycanın pərakəndə satış şəbəkələri arasında işgüzar və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, ixrac əməkdaşlığının inkişafı və rus istehsalçılarının Azərbaycan bazarında iştirakının genişləndirilməsi, o cümlədən uzunmüddətli işgüzar əlaqələrin qurulması və birgə layihələrin perspektivlərinin müzakirəsi olub Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


