Tenqri
Ana Səhifə
İqtisadiyyat

Rusiya Qarabağda şirkətlərin açılmasında maraqlıdır - ticarət nümayəndəsi

Rusiya öz şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində olmasında maraqlıdır Day.Az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov cümə axşamı Trend-ə "Made in Russia" qala-ziyafəti çərçivəsində deyib "Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji tic

0 baxışday.az
Rusiya Qarabağda şirkətlərin açılmasında maraqlıdır - ticarət nümayəndəsi
Paylaş:

Rusiya öz şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində olmasında maraqlıdır Day.Az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov cümə axşamı Trend-ə "Made in Russia" qala-ziyafəti çərçivəsində deyib "Azərbaycan Rusiyanın Cənubi Qafqazda strateji ticarət-iqtisadi tərəfdaşlarından biridir. Bu yaxınlarda Zəngilanda iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın sənədinin imzalanması bizim üçün əlamətdar hadisə idi və bu sənəddə qarşılıqlı fəaliyyətin strateji istiqamətləri müəyyən edilmişdir", - deyə A.Həkimov bildirib Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri Rusiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmasıdır "Bizim yaxın gələcəkdə inkişaf etdirmək niyyətində olduğumuz strateji istiqamətlərimiz var. Sənayenin, kənd təsərrüfatının və energetikanın inkişafı üçün böyük potensial var. Bunu qaz və elektrik sənayesini təmsil edən 30-dan çox iri Rusiya şirkətinin iştirak etdiyi bu yaxınlarda keçirilmiş "Xəzər Neft və Qaz" sərgisi də təsdiqləyir", - ticarət nümayəndəsi qeyd edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Россия заинтересована открыть компании в Карабахе - торгпред | Tenqri