Rusiya Zaporojyeyə yeddi bomba atdı: ölənlər oldu, uşaq bağçası da vuruldu - foto
Rusiyanın Zaporojye şəhərinə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb, Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib Onun sözlərinə görə, bir saat yarım ərzində rus qoşunları Zaporojyeyə 7 idarə olunan bomba atıblar "62 və 45 yaşlı kişilər dünyası

Rusiyanın Zaporojye şəhərinə endirdiyi zərbə nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb, Zaporojye vilayəti hərbi administrasiyasının rəhbəri İvan Fedorov bildirib Onun sözlərinə görə, bir saat yarım ərzində rus qoşunları Zaporojyeyə 7 idarə olunan bomba atıblar "62 və 45 yaşlı kişilər dünyasını dəyişib. Rayon mərkəzinin 47-87 yaşlı 15 sakini qəlpə yaraları, beyin silkələnməsi və xəsarətlər aldığı üçün tibbi yardıma ehtiyac olub. 76 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərin hamısına lazımi tibbi yardım göstərilir", - Fedorov əlavə edib KAB-lərdən biri uşaq bağçasına çırpılıb, nəticədə mühafizəçi yaralanıb Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, hücum nəticəsində bir inzibati bina, iki yaşayış binası və 12-dən çox avtomobilə ziyan dəyib. Anbarlara və infrastruktura da ziyan dəyib


