Rusiya Ermənistana “icazə verdi”, lakin şərtlə
Rusiya Ermənistanın “müstəqil olaraq xarici siyasət əlaqələrini qurmaq və diversifikasiya etmək” hüququnu tanıyır, bir şərtlə ki, bu, Moskva ilə İrəvan arasında əməkdaşlığa xələl gətirməsin. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın “İravunk” qəzetinə müsahibəsində deyib “R

Rusiya Ermənistanın “müstəqil olaraq xarici siyasət əlaqələrini qurmaq və diversifikasiya etmək” hüququnu tanıyır, bir şərtlə ki, bu, Moskva ilə İrəvan arasında əməkdaşlığa xələl gətirməsin. Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın “İravunk” qəzetinə müsahibəsində deyib “Rusiya tərəfi hər zaman Ermənistanın xarici siyasət əlaqələrini diversifikasiya etmək suveren hüququna hörmətini vurğulayır və bunun Rusiya-Ermənistan əməkdaşlığına və ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyətimizə xələl gətirməyəcəyini başa düşür”, - Kopırkin deyib Qeyd edək ki, mayın 7-də Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Rusiya Federasiyasındakı səfiri Qurgen Arsenyanı çağırıb. Diplomatik missiyanın rəhbərinə bildirilib ki, Aİ-nin son hadisələri çərçivəsində Ermənistanda Ukrayna prezidenti Vladimir Zelenskiyə platforma təqdim etmək qətiyyən yolverilməzdir


