Tenqri
Ana Səhifə
Dünya

Rusiya hər şeyə gedir - 11:04 yeniləndi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanda müxalifətin seçkilərdə iştirakına icazə verilməməsi “onların legitimliyinə şübhə yaradacaq”. Onun sözlərinə görə, Moskva “ən böyük müxalifət qüvvələrinin Ermənistanda keçiriləcək parlament seçkilərində iştirakdan kəna

0 baxışhaqqin.az
Rusiya hər şeyə gedir - 11:04 yeniləndi
Paylaş:

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistanda müxalifətin seçkilərdə iştirakına icazə verilməməsi “onların legitimliyinə şübhə yaradacaq”. Onun sözlərinə görə, Moskva “ən böyük müxalifət qüvvələrinin Ermənistanda keçiriləcək parlament seçkilərində iştirakdan kənarlaşdırılması ilə bağlı yayılan məlumatlardan narahatdır” Onun sözlərinə görə, ölkədə qanun və qaydalara əsaslanan seçki mübarizəsi əvəzinə, guya demokratik prosedurlara qarşı mübarizə aparılır Zaxarova “Güclü Ermənistan” hərəkatının və “Çiçəklənən Ermənistan” partiyasının seçkilərdən mümkün geri çəkilməsini “demokratiyaya qarşı cinayət” adlandırıb Ermənistanın baş naziri Nikol Paşinyan “bütün rəqiblərini seçkilərdən kənarlaşdırmağa çalışır”, ona görə də səsvermə “legitim sayıla bilməz”. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib "Belə olan halda, seçkilərin özünü legitim hesab etmək olmaz. Bu, hətta Vaşinqton və Brüsseldə də bağışlanmır", - Medvedev ingilis dilində X sosial şəbəkəsində yazıb Ermənistanda parlament seçkiləri sabah, iyunun 7-nə təyin edilib. Seçkilərdə hakim Vətəndaş Müqaviləsi partiyası da daxil olmaqla 19 siyasi qüvvə iştirak edir

Kaynak: haqqin.az

Diğer Haberler