Rusiya Ermənistanı hədələməkdə davam edir: “Avromaydanı xatırladır”
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin sosial şəbəkələrdə yazıb ki, Ermənistanda baş verənlər istər-istəməz Ukraynadakı Avromaydana bənzəyir O qeyd edib ki, Ukrayna lideri Vladimir Zelenskinin dəvətini “Rusiya, Rusiya vətəndaşları və erməni xalqına qarşı dostluq addımı adlandırmaq olmaz

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin sosial şəbəkələrdə yazıb ki, Ermənistanda baş verənlər istər-istəməz Ukraynadakı Avromaydana bənzəyir O qeyd edib ki, Ukrayna lideri Vladimir Zelenskinin dəvətini “Rusiya, Rusiya vətəndaşları və erməni xalqına qarşı dostluq addımı adlandırmaq olmaz” Onun sözlərinə görə, “söhbət dövlətin suverenliyinə müdaxilədən yox, mənəviyyat və ədəbdən gedir”. Volodin bildirib ki, Rusiya Federasiyası “erməni xalqı ilə ən yaxın və ən yaxşı münasibətlərdən birinə malikdir”. Spiker əlavə edib ki, “Rusiyada yaşayan ermənilər başqa millətlərlə bərabər hüquqlara malikdirlər, vəzifə tuturlar və deputat seçilirlər” "Qeyri-ixtiyari bir paralel yaranır: hər şey Ukraynada məhz belə başladı. Ermənistanın sadə vətəndaşlarına bu lazımdırmı?" - dedi


