Tenqri
Ana Səhifə
Dünya

Rusiya Azərbaycanla “sönmüş mədəni əlaqələri intensivləşdirmək” istəyir

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında son zamanlar zəifləyən mədəni və humanitar əlaqələri intensivləşdirməyin vaxtı çatıb Diplomat vurğulayıb ki, ikitərəfli

0 baxışhaqqin.az
Rusiya Azərbaycanla “sönmüş mədəni əlaqələri intensivləşdirmək” istəyir
Paylaş:

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin TASS-a müsahibəsində bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında son zamanlar zəifləyən mədəni və humanitar əlaqələri intensivləşdirməyin vaxtı çatıb Diplomat vurğulayıb ki, ikitərəfli tamhüquqlu əməkdaşlığı sıx mədəni-humanitar əlaqələr olmadan təsəvvür etmək mümkün deyil: “Təəssüflər olsun ki, son zamanlar ölkəmizdə onlar “salxıblar” və indi onları intensivləşdirməyin vaxtı çatıb” "Sankt-Peterburq Dövlət Universitetinin bazasında Azərbaycanda müştərək universitetin yaradılması, Moskva və Bakıda iki ölkənin səfirlikləri nəzdində məktəblərin yaradılması kimi perspektivli layihələrimiz var. Ümid edirik ki, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin fəaliyyətini yaxın vaxtlarda respublikada bərpa edəcəyik. Rusiyanın görkəmli dövlət xadimlərinin və Azərbaycanın dövlət xadimlərinin abidələrinin çarpaz quraşdırılması ilə bağlı fikirlər var" Onun sözlərinə görə, yaradıcı qrupların qastrol səfərlərinin bərpası, gənclərin, regionlararası forumların mütəmadi keçirilməsi ilə bağlı müraciət var: "Bir sözlə, görüləsi işlər çoxdur. Vacibdir ki, hər iki tərəfdən də bu istiqamətdə işlərin artırılması və itirilmiş vaxtın əvəzinin ödənilməsinin zəruriliyi anlaşılsın" Mixail Kaluqin Azərbaycanla əlaqələrin inkişaf perspektivlərindən danışaraq bildirib ki, Rusiya və Azərbaycanın “ənənəvi olaraq sıx təmas cədvəli” var "Hazırda bu il üçün nəzərdə tutulan yüksək səviyyəli səfərlər hazırlanır. Biz Azərbaycan nümayəndə heyətlərini "Rusiya - İslam Dünyası: KazanForum" XVII Beynəlxalq İqtisadi Forumunda (Kazan, 12-17 may), XXIX Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (Sankt-Peterburq, 3-6 iyun) gözləyirik", - Kaluqin bildirib

Kaynak: haqqin.az

Diğer Haberler