Azərbaycan filmi Roma Prizma Film Mükafatlarında təqdim olunub
Səbinə Zülalovanın “Məryəm quyruğu. İnkluziv Möcüzələr” nağılının ekran adaptasiyası (Marytale. Inkluziv Möcüzələr) İtaliyada keçirilən “Rome Prisma Film Awards” beynəlxalq festivalında təqdim olunub və film sertifikata layiq görülüb. Qısametrajlı filmin çəkilişlərində üç daun sindromlu uşaq iştirak

Səbinə Zülalovanın “Məryəm quyruğu. İnkluziv Möcüzələr” nağılının ekran adaptasiyası (Marytale. Inkluziv Möcüzələr) İtaliyada keçirilən “Rome Prisma Film Awards” beynəlxalq festivalında təqdim olunub və film sertifikata layiq görülüb. Qısametrajlı filmin çəkilişlərində üç daun sindromlu uşaq iştirak edib AZƏRTAC xəbər verir ki, “Rome Prisma Film Awards” Beynəlxalq Film Festivalı 2018-ci ildə Romada əsası qoyulmuş Avropa müstəqil film festivalıdır. Festival İtaliya paytaxtının tarixi kinoteatrlarında keçirilir və dünyanın 150-dən çox ölkəsindən rejissor, ssenarist və prodüserləri bir araya gətirir. Təşkilatçılar humanizm ideyalarına, mədəni dialoqa və kinonun emosional gücünə xüsusi diqqət yetirirlər Layihənin müəllifi S.Zülalova AZƏRTAC -ın müxbiri ilə söhbətində qeyd etdi ki, Azərbaycan kinosunun beynəlxalq arenalarda təmsil olunması çox vacibdir: “Bu, bizim kinematoqrafiyamızın populyarlaşması və müstəqil ekspertlər tərəfindən Azərbaycanın yaradıcı insanlarına qiymət verilməsidir.Azərbaycanı beynəlxalq platformada təmsil etmək mənim üçün böyük qürur idi” Layihə müəllifinin sözlərinə görə, festivalda iştirak xüsusilə əlamətdar hadisə olub "Filmdə kar-lal rəssam rolunu oynayan qızım Səimə Mədətova festivalda məni müşayiət etdi və mükafata layiq görüldü. Filmin ərsəyə gəlməsində subtitrlərin ingilis dilinə tərcüməsi də onun əməyi olub. Festivala seçilmək görülən işlərin müstəqil beynəlxalq ekspertlər tərəfindən diqqətə çatdırıldığını və yüksək qiymətləndirildiyini təsdiqlədi", - həmsöhbətimiz vurğulayıb S.Zülalova layihəyə dəstək olduqlarına və filmin ərsəyə gəlməsində iştirak etdiklərinə görə Azərbaycanın xalq artisti Həmidə Ömərova və tanınmış azərbaycanlı aktyor Azər Aydəmirə təşəkkürünü bildirib Qeyd olunur ki, Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən ayrılan qrant əlavə səhnələrin çəkilişlərini başa çatdırmağa və filmin dramaturgiyasını əhəmiyyətli dərəcədə yüksəltməyə, o cümlədən filmin Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanmasına imkan yaradıb


