Tenqri
Ana Səhifə
Dünya

Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək

Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh sazişi iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün fundamental hüquqi baza rolunu oynayacaq. Sənəd yalnız mövcud münasibətləri tənzimləməyəcək, eyni zamanda, gələcəkdə imzalanacaq bütün saziş və razılaşmalar üçün əsas istinad mənbəy

0 baxışazertag.az
Rizvan Nəbiyev: Sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin əsas hüquqi bazasını təşkil edəcək
Paylaş:

Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh sazişi iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün fundamental hüquqi baza rolunu oynayacaq. Sənəd yalnız mövcud münasibətləri tənzimləməyəcək, eyni zamanda, gələcəkdə imzalanacaq bütün saziş və razılaşmalar üçün əsas istinad mənbəyi olacaq AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rizvan Nəbiyev BMTM-in təşkilatçılığı ilə keçirilən “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi” mövzusunda tədbirdə çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, sülh sazişi 17 maddədən ibarətdir və həmin maddələrdən ikisi sənədin qüvvəyə minməsi, ratifikasiya prosedurları, sənədlərin mübadiləsi və texniki məsələlərlə bağlıdır "Qalan 15 maddə və preambula birbaşa sülh gündəliyini, dövlətlərarası münasibətlərin normallaşdırılmasını və gələcək əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edir. Sazişin əsas mahiyyəti sülhün təmin olunması və dövlətlərarası münasibətlərin normallaşdırılmasından ibarətdir" Deputat bildirib ki, gələcəkdə Azərbaycan və Ermənistan arasında formalaşdırılacaq bütün müqavilə-hüquq bazası məhz bu sülh sazişinə söykənəcək "Buna görə də sənədin möhkəm hüquqi əsaslar üzərində imzalanması, ratifikasiya olunması və effektiv şəkildə icrası xüsusi əhəmiyyət daşıyır. Hazırkı mərhələdə əsas məsələlərdən biri Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi siyasi iradənin praktik addımlarla təsdiqlənməsidir", - deyə R.Nəbiyev vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler