Rizvan Nəbiyev: Ermənistanla sülh sazişinin əsasını dövlətlərarası münasibətlərin normallaşması təşkil edir
Ermənistanla sülh sazişinin əsasını dövlətlərarası münasibətlərin normallaşması təşkil edir "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib Onun sözlərinə görə, sülh s

Ermənistanla sülh sazişinin əsasını dövlətlərarası münasibətlərin normallaşması təşkil edir "Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev "Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycan və sülh gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib Onun sözlərinə görə, sülh sazişi 17 maddədir, onun ikisi müqavilə texnikası ilə bağlıdır "Təbii ki, onlar da çox həlledicidir. Yerdə qalan 15 maddə və preambula birbaşa sülh gündəliyini tənzimləyən məsələlərdir, yəni bir hüquqi mexanizm olmalıdır. Bu saziş bütün digər sənədlər, anlaşma memorandumları üçün baza sənədi olacaq" R.Nəbiyev həmçinin bildirib ki, sənədin əsasını sülhün təmin edilməsi və dövlətlərarası münasibətlərin normallaşdırılması təşkil edir: "Bu çərçivədə mühüm məsələlərdən biri kimi diplomatik münasibətlərin yaradılması nəzərdə tutulur" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


