Tenqri
Ana Səhifə
Dünya

Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır

Milli Məclis tərəfindən 2025-ci ilin iyul ayında "Xüsusi icra məmurları haqqında" Qanun qəbul edilib və həmin qanun cari il yanvarın 1-dən qüvvəyə minib. Qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyi, eləcə də səlahiyyətləri çərçivəsində Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası zəruri tədbirlə

0 baxışazertag.az
Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır
Paylaş:

Milli Məclis tərəfindən 2025-ci ilin iyul ayında "Xüsusi icra məmurları haqqında" Qanun qəbul edilib və həmin qanun cari il yanvarın 1-dən qüvvəyə minib. Qanunun tətbiqi ilə əlaqədar Ədliyyə Nazirliyi, eləcə də səlahiyyətləri çərçivəsində Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası zəruri tədbirlər görməkdədir AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin İcra Xidmətinin rəis müavini, Müsabiqə Komissiyasının üzvü Yaqub Qurbanov deyib O bildirib ki, bu qanunun qəbulu Azərbaycanın məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların mühüm tərkib hissəsidir “Xüsusi icra modeli xarici mütərəqqi təcrübədə özünü kifayət qədər doğrultmuş, məhkəmə qərarlarının icrasında effektivliyi və sürəti artıran bir model kimi ön plana çıxıb. Ölkəmizdə də həmin Qanunun tətbiqindən gözlənti həm icra prosesinin iştirakçıları, həm vətəndaşlar, həm də sahibkarlar üçün daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır. Qanunun tələbinə görə, bu institut ölkəmizdə mərhələli şəkildə tətbiq ediləcək, onun gedişinə nəzarət olunacaq və praktiki nəticələrdən asılı olaraq tətbiqi genişləndiriləcək”, - deyə Yaqub Qurbanov vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler