Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib
İyunun 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli sənətkar, Xalq artisti Rəşid Behbudovun anım gününə həsr olunan tədbir keçirilib AZƏRTAC xəbər verir ki, anım günü çərçivəsində Dövlət Mahnı Teatrında fəaliyyət göstərən Rəşid Behbudovun xatirə otağına yeni eksponatlar təqd

İyunun 9-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli sənətkar, Xalq artisti Rəşid Behbudovun anım gününə həsr olunan tədbir keçirilib AZƏRTAC xəbər verir ki, anım günü çərçivəsində Dövlət Mahnı Teatrında fəaliyyət göstərən Rəşid Behbudovun xatirə otağına yeni eksponatlar təqdim olunub Bu münasibətlə keçirilən tədbirdə Milli Məclisin deputatları, mədəniyyət xadimləri, tanınmış ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər Təqdim olunan eksponatlar sırasında Azərbaycan Beynəlxalq Bankı tərəfindən sənətkarın 110 illik yubileyinə həsr olunaraq hazırlanmış xüsusi qramofon (patefon) və vinil val, həmçinin ailəsi tərəfindən təqdim edilən şəxsi kolleksiya nümunələri və digər dəyərli xatirə əşyaları yer alıb. Eyni zamanda, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva və digər rəssamlar tərəfindən təqdim olunan rəsm əsərləri və hədiyyələr də xatirə otağında nümayiş olunan eksponatlar sırasına daxil edilib Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli bildirib ki, bu cür tədbirlər milli musiqimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Direktor vurğulayıb ki, burada bir araya gələn hər kəsin bu sahəyə göstərdiyi maraq və dəstək təqdirəlayiqdir. "Bu gün tədbirin keçirildiyi məkan ötən il Mədəniyyət Nazirliyinin dəstəyi ilə açılmış Rəşid Behbudovun xatirə otağıdır. Burada sənətkarın şəxsi əşyaları və ona hədiyyə olunmuş qiymətli eksponatlar nümayiş etdirilir. Tanınmış simalarla yanaşı, gənclərin də bu prosesdə aktiv iştirakı sevindirici haldır", - deyə o qeyd edib Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev çıxış edərək sənətkarın zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılmasında xatirə otağının rolunu yüksək qiymətləndirib. Təqdim olunan ailə arxivinə aid əşyaların böyük tarixi əhəmiyyət daşıdığını vurğulayan fond direktoru xatirə muzeyinə yeni eksponatlar təqdim edib Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Azərbaycan Beynəlxalq Bankının mətbuat katibi Yadigar Cəfərli və digər çıxış edənlər Rəşid Behbudovun təkcə musiqidə deyil, bütövlükdə Azərbaycan mədəniyyətində silinməz iz qoyduğunu və vizual sənətlərdə də onun obrazına mütəmadi müraciət olunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, görkəmli sənətkarın bənzərsiz ifası və zəngin yaradıcılığı bu gün də rəssamlar, heykəltaraşlar və digər sənət adamları üçün tükənməz bir ilham mənbəyidir. Natiqlər Rəşid Behbudov irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayaraq, xatirə otağına nümayiş olunmaq üçün dəyərli hədiyyələr və eksponatlar təqdim ediblər Sonda tədbir iştirakçıları xatirə otağına nümayişə verilən yeni eksponatlarla yaxından tanış olublar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Kılıçdaroğlu qrup toplantısı böhranından sonra qərargahda danışdı: Biz təmizlənəcəyik, mütləq etibarsızlıq davasını bu partiyanın başına gətirənlərdən hesab çəkməsəm şərəfsiz olaram! | T24

Ədliyyə qarşısında kədərlənən ana: Presedent qərar istəyirik
