Tenqri
Ana Səhifə
Dünya

Əşrəf Veysəllidən poetik nümunələr

Ədəbiyyatımızın dəyərli nümayəndəsi, gözəl şeirləri ilə imzasını, insani keyfiyyətləri ilə şəxsiyyətini tanıdan və sevdirən şair, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli vəfat edib. 88 yaşında dünyadan köçən şairə Allahdan rəhmət, doğmalarına, yaxınlarına səbr və başsağlığı diləyirik. Şairin yaradı

0 baxış525.az
Əşrəf Veysəllidən poetik nümunələr
Paylaş:

Ədəbiyyatımızın dəyərli nümayəndəsi, gözəl şeirləri ilə imzasını, insani keyfiyyətləri ilə şəxsiyyətini tanıdan və sevdirən şair, Əməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli vəfat edib. 88 yaşında dünyadan köçən şairə Allahdan rəhmət, doğmalarına, yaxınlarına səbr və başsağlığı diləyirik. Şairin yaradıcılığından nümunələri oxuculara təqdim etməklə onun işıqlı xatirəsini ehtiramla anırıq Bütün dərdinizlə, kədərinizlə Gəlin, ürəyimi dağlayın, gedin. Yazın ortaları sellər sayağı Coşun, çalxalanın, çağlayın, gedin Görcək qanadlanıb uçum təzədən, Göyçək boynunuzu qucum təzədən. Gəlin, gözlərimi açın təzədən, Gəlin gözlərimi bağlayın, gedin Döyüşə girmişəm yalın əlimlə, Əlimdən çıxmayın, qalın əlimdə. Mənim nəyim varsa alın əlimdən, Bir azca mənə də saxlayın, gedin Soruşun: Ay Əşrəf, nə var, nə yoxdur, Dünyanın dilində deyim -“hə” yoxdur. Qışda çox istidir, yayda soyuqdur, Gəlin əhvalımı yoxlayın, gedin Gəlin sazlı-sözlü bir yaz keçirək, Niyə aralıqdan Araz keçirək. Ya da ki yığışıb iclas keçirək, Siz də eynək altdan yuxlayın, gedin Orda bir quş qonar hasarım üstə, Ötər “Çahargah”da “Hisar”ın üstə... Gəlin bircə kərə məzarım üstə, Gəlin, özünüzü ağlayın, gedin QORXUSU YOXDUR Altmışım arxada qalıb haçandır, Haçandır gözümün yuxusu yoxdur. Yaşın çətinliyi altmışacandır, Altmışdan o yana qorxusu yoxdur. Günlər qanadlanıb uçur, quş olur, İllərin karvanı ötüşmüş olur. Ömür yetmişində yetişmiş olur, Yetmişdən o yana qorxusu yoxdur. Elə ki təklənir, təklənir insan, Dərdi batman-batman yüklənir insan. Deyirlər: Səksəndə səksənir insan, Səksəndən o yana qorxusu yoxdur. Yoxuşun sərtliyi dizi qorxudur, Baxışın sərtliyi gözu qorxudur. Doxsana yetməyin özü qorxudur, Yüzdən o tərəfə qorxusu yoxdur. Hər gün əsəb, təzyiq, qan qorxusudur, Ürək ağrısıdır, can qorxusudur... Bizik bu dünyanın ən qorxulusu, Bizdən o tərəfə qorxusu yoxdur. AXIRDA Anam vardı-yanan vardı mənə də, Gözlərimdə yaşa döndü axırda. Dörd tərəfdən qar ələndi başıma, Növbaharım qışa döndü axırda. Yağmalanmış yurdumuzdan söz açar, Sinəsində yaraları göz açar. Yanağında cığır salan, iz açan Barmaqları xışa döndü axırda. Mələklərtək səmalardan endi o, Başımızda üzərliktək yandı o, Hara getdim, yolum üstə qondu o, Ağ xalatlı quşa döndü axırda. Nəvələri gözü kimi sevərdi, Gec görəndə ürəyini yeyərdi. “Allah, məni daşa döndər”-deyərdi, Mənim anam daşa döndü axırda GÖR KİMƏ TAPŞIRIB GEDİRƏM SİZİ Balalarıma Üzə durdu günahlarım, Ağladım,hər gün ağladım... Nə mən özüm bir gün gördüm, Nə sizə bir gün ağladım. Dərd mənə həmdəmdi,dərd mənə yardı, Dərdli gözlərimə təpirəm sizi. Mənim son məktubum bu misralardı, Hər sözün başında öpürəm sizi. Yolumu qar döydü,dolumu kəsdi, Qolundan tutduğum qolumu kəsdi. "Keçid"də əzrayıl yolumu kəsdi, Qoymadı salamat ötürəm sizi. Günlərim bəxtimlə əlbəyaxadı, İndi ümidlərim tək Allahadı. Dünya ağzı qanlı bir əjdahadı, Gör kimə tapşırıb gedirəm sizi! YAŞAYAR Arzularım qar altında gül açar, Daş üstündə bitən ömrü yaşayar. Ərənlərim qayalardan yol açar, Yol, bu yolu gedən ömrü yaşayar. Ürək nədir? Ürək sevgi, sayğıdır. Bir -birinə nəvazişdir, qayğıdır, Başdan-başa həyəcandır, duyğudur. Ürək də var - gödən ömrü yaşayar. Yazan qalar söz ömrünün hayında. Ozan qalar saz ömrünün hayında. İnsan da var - öz ömrünün hayında, İnsan da var - Vətən ömrü yaşayar SALAM Salam bu köhnə dünyaya Təzə gələn şairlərə. Söz qanıb mətləb anlayan, Qədirbilən şairlərə. Bir nəfəsə min ah çəkən, Hər sozünü sınaq çəkən, Kədərə şaqqanaq çəkən, Dərdə gülən şairlərə. Əriyib sozə yığılan, Gözlərinə qan sağılan, Hər gün təzədən doğulan, Hər gün ölən şairlərə

Kaynak: 525.az

Diğer Haberler