Tenqri
Ana Səhifə
Siyasət

Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri planlaşdırılan strateji xəttin hazırkı mərhələsini əks etdirir - Samir Nuriyev

BAKI, Azərbaycan, 10 may. Qarabağ və Şərqi Zəngəzur rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən yeni memarlıq konsepsiyalarının tətbiqi nəzərdə tutulan strateji xəttin hazırkı mərhələsini əks etdirir Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

0 baxıştrend.az
Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa işləri planlaşdırılan strateji xəttin hazırkı mərhələsini əks etdirir - Samir Nuriyev
Paylaş:

BAKI, Azərbaycan, 10 may. Qarabağ və Şərqi Zəngəzur rayonlarında aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, o cümlədən yeni memarlıq konsepsiyalarının tətbiqi nəzərdə tutulan strateji xəttin hazırkı mərhələsini əks etdirir Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş məqaləsində deyilir Onun sözlərinə görə, bu ərazilərdə aparılan geniş tikinti və bərpa işləri, sistemli urbanizasiya, dayanıqlı infrastrukturun yaradılması, ekoloji yanaşmaların tətbiqi münaqişədən sonrakı dövrdə şəhərsalmanın Azərbaycan modelinin formalaşdırılmasının müzakirəsi üçün zəmin yaradır Məqalədə qeyd edilir ki, bu yeni model xaotik inkişaf riskinin qarşısını alır - beynəlxalq təcrübə münaqişədən sonrakı ərazilərin bərpasında əsas problemlərdən biri kimi müəyyən edir və uzunmüddətli planlaşdırma üçün kompleks yanaşmaya üstünlük verir. "Bu gün bir çox ölkələr kortəbii tikinti və mənzil çatışmazlığı problemi ilə üzləşdiyi halda, Azərbaycan bir vaxtlar tamamilə dağıdılmış ərazilərdə belə planlı, funksional və yaşayış üçün əlverişli mühit formalaşdırmaq qabiliyyətini nümayiş etdirir. Bunu artıq təkcə milli uğur kimi deyil, beynəlxalq miqyasda müqayisə oluna bilən aydın təcrübə kimi də qiymətləndirmək olar", - məqalədə vurğulanır

Kaynak: trend.az

Diğer Haberler