Restoran sektorunda rəqəmsal inqilab: BYQR beynəlxalq arenalara can atır – MÜSAHİBƏ
Azərbaycanın innovasiya ekosistemində və restoran sektorunda rəqəmsal həllər təqdim edən startapların sayı artır. Müştərilərin daha sürətli, rahat və texnoloji xidmət gözləntiləri bu sahədə innovativ həllərin ortaya çıxmasına səbəb olur. Belə təşəbbüslərdən biri də restoran və hotellər üçün QR kodəs

Azərbaycanın innovasiya ekosistemində və restoran sektorunda rəqəmsal həllər təqdim edən startapların sayı artır. Müştərilərin daha sürətli, rahat və texnoloji xidmət gözləntiləri bu sahədə innovativ həllərin ortaya çıxmasına səbəb olur. Belə təşəbbüslərdən biri də restoran və hotellər üçün QR kodəsaslı rəqəmsal xidmət platforması təqdim edən BYQR MMC-dir. Startap layihəsi qısa müddətdə diqqət çəkərək dövlət tərəfindən innovativ təşəbbüslərə verilən startap şəhadətnaməsini əldə edib. Platforma restoran və hotellərdə menyu ilə tanışlıq, sifariş, hesab istəmə və digər xidmət proseslərini vahid sistemdə birləşdirərək müəssisələrin işini daha səmərəli təşkil etməyə kömək edir. Eyni zamanda, sistemdə toplanan məlumatların analitik təhlili müəssisələrə müştəri davranışını daha yaxşı anlamağa və xidmətlərini təkmilləşdirməyə imkan yaradır. MMC-nin təsisçisi Günel Mürşüdlü, məhsul sahibi Sənan Abdullayevdir AZƏRTAC-ın BYQR platformasının yaradılması, fəaliyyət istiqamətləri, texnoloji həlləri və gələcək inkişaf planları ilə bağlı suallarını MMC-nin təsisçisi Günel Mürşüdlü cavablandırıb. O, müsahibəsində şirkətin həyata keçirdiyi layihələr, restoran sektorunda rəqəmsal həllərin tətbiqi, süni intellektəsaslı funksiyalar üzərində görülən işlər və startapın beynəlxalq bazarlara çıxmaq planları barədə ətraflı danışıb BYQR layihəsinin yaranma ideyası restoran sektorunda xidmət proseslərini daha sürətli, rahat və rəqəmsal etmək ehtiyacından doğdu. Müasir dövrdə müştərilər daha çevik və texnoloji xidmət gözləyirlər. Bu səbəbdən biz QR kodəsaslı platforma yaradaraq menyu ilə tanışlıq, sifariş, hesab istəmə və digər xidmətləri bir sistemdə birləşdirdik. BYQR-in missiyası restoran və hotellər üçün xidmət proseslərini optimallaşdırmaqla yanaşı, onların rəqəmsal transformasiyasına dəstək verməkdir. Platforma yalnız QR menyu funksiyası ilə məhdudlaşmır — sistemdə toplanan məlumatlar əsasında süni intellekt alqoritmləri vasitəsilə restoran və hotel sahiblərinə admin paneldə marketinq strategiyaları və hədəfli təkliflər təqdim olunur. Bu yanaşma müəssisələrə müştəri davranışını daha yaxşı anlamağa və satışlarını daha effektiv şəkildə artırmağa imkan yaradır QR kodəsaslı menyu sisteminizi rəqiblərdən fərqləndirən xüsusiyyətlər hansılardır? BYQR yalnız sadə QR menyu deyil, restoranların əməliyyat və müştəri xidmətlərini optimallaşdıran kompleks platformadır. Sistem vasitəsilə müştərilər menyuya baxmaqla yanaşı ofisiant çağırmaq, hesab istəmək, xidmət haqqı və ya bəxşiş (tip) göndərmək kimi funksiyalardan istifadə edə bilirlər. Platforma, həmçinin analitika alətləri təqdim edir ki, bu da restoranlara müştəri davranışını daha yaxşı anlamağa və xidmət keyfiyyətini artırmağa kömək edir Bundan əlavə, BYQR müxtəlif restoran idarəetmə sistemləri ilə inteqrasiya oluna bilir və müəssisələr üçün əlavə texniki resurs tələb etmir Süni intellekt və “chatbot” funksionallığını platformada necə tətbiq edirsiniz? Müştəri təcrübəsinə hansı təsiri var? BYQR platformasında süni intellekt texnologiyalarının tətbiqi üzərində aktiv şəkildə işləyirik və bu istiqamət gələcək inkişaf planlarımızın əsas hissəsidir. Planlarımız arasında istifadəçilərə menyu haqqında məlumat verə bilən, yemək seçimində kömək edən və suallara operativ cavab verən “chatbot” funksionallığının yaradılması da yer alır Bundan əlavə, platformada toplanan məlumatların süni intellekt vasitəsilə analiz edilməsi restoran və hotel sahiblərinə müştəri davranışını daha yaxşı anlamağa kömək edəcək. Bu yanaşma həm xidmət proseslərini optimallaşdırmağa, həm də müştərilərə daha fərdiləşdirilmiş təcrübə təqdim etməyə imkan yaradacaq Platformanı restoran və hotel sistemlərinə inteqrasiya etmək prosesi necə işləyir? Texniki çətinliklər nələrdir? BYQR platforması müxtəlif restoran idarəetmə sistemləri ilə inteqrasiya oluna biləcək şəkildə hazırlanıb. İnkişaf etdirdiyimiz API infrastrukturu vasitəsilə restoranların mövcud POS və idarəetmə sistemləri ilə əlaqə qurmaq mümkündür. Əsas məqsədimiz müəssisələr üçün texniki prosesləri maksimum sadələşdirməkdir. Buna baxmayaraq, müxtəlif ölkələrdə və müəssisələrdə istifadə olunan proqram təminatlarının fərqli olması müəyyən texniki uyğunlaşma işlərini tələb edə bilər. Komandamız bu prosesləri mümkün qədər sürətli və effektiv şəkildə həyata keçirir BYQR MMC-nin beynəlxalq bazarlara çıxmaq planları hansılardır? Hansı ölkələr prioritetdir? BYQR hazırda bir neçə ölkədə fəaliyyət göstərən və beynəlxalq bazara çıxmaq məqsədi olan “FoodTech” startapıdır. Platforma artıq Azərbaycanla yanaşı Almaniya, Litva, Qazaxıstan və Belçikada istifadə olunur. Gələcək planlarımız Avropa və Yaxın Şərq bazarlarında genişlənməkdir. Xüsusilə Almaniya, Gürcüstan və Səudiyyə Ərəbistanı kimi ölkələr bizim üçün prioritet bazarlar hesab olunur. Məqsədimiz BYQR platformasını qlobal qonaqpərvərlik texnologiyası həllinə çevirməkdir Müştəri davranışı və rəqəmsal məlumatlardan istifadə edərək restoranlar üçün hansı hədəfli marketinq strategiyaları təklif edirsiniz? BYQR platforması restoranlara müştəri davranışı ilə bağlı müxtəlif analitik məlumatlar təqdim edir. Bu məlumatlar vasitəsilə müəssisələr hansı yeməklərin daha çox sifariş edildiyini, hansı saatlarda daha çox müştəri olduğunu və istifadəçi seçimlərini daha dəqiq analiz edə bilirlər. Bu analitika restoranlara kampaniyaları daha hədəfli planlaşdırmağa, menyunu optimallaşdırmağa və müştərilərə fərdiləşdirilmiş təkliflər təqdim etməyə imkan yaradır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

SpaceX-ə qarşı qrup davası: Evlərimizə ziyan dəydi - Kıbrıs Qəzeti - Kıbrıs News, KKTC Son Dəqiqə və Gündəm Xəbərləri

Tokayev AEK fəaliyyətinin əsas istiqamətləri üzrə hesabatı dinləyib
