Respublika Gənclər Kitabxanasının professor Hafiz Paşayevin 85 illik yubileyinə töhfəsi
Azərbaycanın zəngin elmi irsinin görkəmli nümayəndəsi, diplomat, fizika-riyaziyyat elmləri doktoru, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin 85 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən geniş və məzmunlu elektron məlumat bazası hazırlanı

Azərbaycanın zəngin elmi irsinin görkəmli nümayəndəsi, diplomat, fizika-riyaziyyat elmləri doktoru, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin 85 illik yubileyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən geniş və məzmunlu elektron məlumat bazası hazırlanıb Müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunaraq ərsəyə gətirilən bu elektron resurs, görkəmli alimin həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən zəngin məlumat toplusudur. Elektron məlumat bazasında rəsmi sənədlər, professor Hafiz Paşayevin layiq görüldüyü mükafatlar, həyat və fəaliyyətinin xronoloji ardıcıllığı sistemli şəkildə təqdim olunur. Bununla yanaşı, onun müəllifi olduğu kitablar, ön söz yazdığı və tərcümə etdiyi nəşrlər, elmi və publisistik məqalələri siyahısı yer alır Məlumat bazasında Milli Məclisin sədr müavini, akademik Rəfael Hüseynovun “Hafiz Adası”, akademik Nizami Cəfərovun “Bir gəncin manifesti”ndən, “Bir səfirin manifesti”nə”, Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru Varis Yolçiyevin “Hafiz Paşayev – bir ömrün manifesti”, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri, yazıçı, şair Sayman Aruzun “Azərbaycanın müasır diplomatik və akademik düşüncə tarixində Hafiz Paşayev” adlı məqalələrinin tam mətni verilir Resursun diqqətçəkən cəhətlərindən biri də alimin çoxşaxəli yaradıcılığının beynəlxalq miqyasda əksini tapmasıdır. Belə ki, elektron məlumat bazasında onun müəllifi olduğu və ingilis, italyan və özbək dillərində nəşr olunmuş kitabların siyahısı da geniş şəkildə təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanmış elektron məlumat bazası təkcə mətn materialları ilə məhdudlaşmır. Burada videoqalereya, fotoqalereya və virtual sərgi kimi interaktiv bölmələr də var ki, onların vasitəsilə istifadəçilər alimin həyat yolunu, ictimai fəaliyyətini və elmi irsini daha dolğun şəkildə izləyə bilirlər “Görkəmli dövlət xadimi, professor Hafiz Paşayev – 85” adlı elektron bazası kitabxananın rəsmi https://ryl.az/melumat-bazalari/Professor_Hafiz_Pashayev_el_melumat_bazasi/index.html saytında yerləşdirilib

