Respublika Gənclər Kitabxanasında ailə dəyərləri təbliğ olunub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ailə münasibətlərinin möhkəmlənməsinə, o cümlədən ailələrin, xüsusilə uşaqların asudə vaxtının təşkilinə dair fəaliyyətin genişləndirilməsi məqsədilə “Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir təşkil edilib Kitabxanadan AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ailə münasibətlərinin möhkəmlənməsinə, o cümlədən ailələrin, xüsusilə uşaqların asudə vaxtının təşkilinə dair fəaliyyətin genişləndirilməsi məqsədilə “Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir təşkil edilib Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə “Duyma” Uşaq İnkişaf Mərkəzinin psixoloqu Aygün Hüseynova, hüquqşünas - mediator Zaur Quliyev, klinik psixoloq Heyran İbrahimli, “Restart” Reabilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə, loqoped Günel Nağıyeva və tələbə-gənclər iştirak ediblər Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov ailənin cəmiyyətin təməl sütunu olduğunu vurğulayaraq sağlam və xoşbəxt cəmiyyətin formalaşmasının məhz sağlam ailələrdən başladığını bildirib. Azərbaycan ailəsinin əsrlər boyu milli-mənəvi dəyərlər üzərində qurulduğunu, bu dəyərlərin təməlində isə sevgi, qarşılıqlı hörmət, sədaqət və anlaşma hisslərinin dayandığını vurğulayaraq, müasir dövrdə texnologiyanın və sosial dəyişikliklərin təsiri ilə ailə münasibətlərində müəyyən çətinliklərin yarandığını bildirib. Bu cür maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin ailə institutuna daha məsuliyyətli yanaşmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdiyini söyləyib Psixoloq Aygün Hüseynova ailə münasibətlərinin psixoloji əsasları, ailədaxili emosional mühitin formalaşdırılması, düzgün ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi və münaqişələrin konstruktiv şəkildə həll olunması mexanizmləri haqqında geniş məlumat verib. Bildirib ki, ailə münasibətlərinin möhkəmliyi və davamlılığı bir sıra mühüm psixoloji amillərin düzgün şəkildə qurulmasından asılıdır Klinik psixoloq Heyran İbrahimli müasir dövrdə baş verən sosial və texnoloji dəyişikliklərin ailədaxili münasibətlərə təsirindən bəhs edərək vurğulayıb ki, qloballaşma prosesi, informasiya texnologiyalarının sürətli inkişafı və insanların gündəlik həyat tərzinin dəyişməsi bir çox hallarda ailə üzvləri arasında canlı ünsiyyətin azalmasına səbəb olur. Lakin buna baxmayaraq, sağlam ailə münasibətlərinin qorunması üçün ən vacib amil yenə də səmimi və açıq ünsiyyətin qurulması, bir-birini dinləmək və anlamaq bacarığının inkişaf etdirilməsi, qarşılıqlı güzəştə getmək və emosional dəstəyin təmin olunmasıdır Hüquqşünas - mediator Zaur Quliyev ailə münasibətlərinin hüquqi aspektlərinə geniş şəkildə toxunaraq, nikahın bağlanması, valideyn və övlad münasibətlərinin tənzimlənməsi, uşaqların hüquqlarının qorunması, ailədaxili öhdəliklərin müəyyən edilməsi kimi məsələlərin qanunvericilik çərçivəsində dəqiq şəkildə müəyyənləşdirildiyini diqqətə çatdırıb “Restart” Reabilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə uşaqların ailədə daim diqqət mərkəzində olmasının əhəmiyyətindən danışaraq valideyn, məktəb və ictimaiyyət tərəfindən göstərilən qayğı sayəsində bir sıra zərərli vərdişlərdən, səhv addımlardan qorunmağın mümkün olduğunu bildirib. Uzun illər zərərli asılılıqdan əziyyət çəkən insanların nümunəsinə əsaslanaraq bu yoldan çəkinmənin böyük iradə, əzm və ətrafın dəstəyi sayəsində mümkün olduğunu bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
