Tenqri
Ana Səhifə
Dünya

Əli Kərimli ilə bağlı qərar

Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması qərarından verilən apellyasiya şikayətinə baxılması üçün iclas keçirilib APA-nın məlumatına görə, apellyasiya şikayəti təmin edilməyib Xatırladaq ki, iyunun 10-da Səbail Rayon

0 baxışhaqqin.az
Əli Kərimli ilə bağlı qərar
Paylaş:

Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması qərarından verilən apellyasiya şikayətinə baxılması üçün iclas keçirilib APA-nın məlumatına görə, apellyasiya şikayəti təmin edilməyib Xatırladaq ki, iyunun 10-da Səbail Rayon Məhkəməsi AXCP sədri Əli Kərimli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar çıxarıb Əli Kərimlinin həbs müddəti 5 ay uzadılıb Qeyd edək ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan istintaq tədbirləri çərçivəsində Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib Mənzillərində axtarış aparıldıqdan sonra onlar Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıblar Əli Kərimli və Məmməd İbrahimin axtarışları və dindirilməsi Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyevə qarşı aparılan cinayət işi ilə bağlıdır Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönəlmiş hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur

Kaynak: haqqin.az

Diğer Haberler