Report Media Məktəbində DokuBaku festivalının filmləri göstərilib
Report Media Məktəbində DokuBaku Beynəlxalq Sənədli Film Festivalının (BSFF) "Sənədli kino - uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə" layihəsi çərçivəsində təşkil olunan DokuToor 002 yekun film nümayişi reallaşıb "Report" xəbər verir ki, DokuBaku BSFF-nin direktoru, DokuToor layihəsinin

Report Media Məktəbində DokuBaku Beynəlxalq Sənədli Film Festivalının (BSFF) "Sənədli kino - uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə" layihəsi çərçivəsində təşkil olunan DokuToor 002 yekun film nümayişi reallaşıb "Report" xəbər verir ki, DokuBaku BSFF-nin direktoru, DokuToor layihəsinin təşkilatçısı, rejissor İmam Həsənovun, "Maestro: İldırımlı yollarla" filminin rejissoru Hüseynağa Aslanovun və filmin bəstəkarı Zərif Kərimovanın qoşulduğu tədbirdə "ADA", "Yaşıl boz qara qəhvəyi", "Maestro: İldırımlı yollarla" sənədli filmləri göstərilib Çıxış edən İmam Həsənov filmlərin əsas missiyasının ekoloji problemlərin qabardılması olduğunu bildirib: "ADA" filmi bir gölün qurumasının ətrafda yaşayan insanlar üçün nə qədər acınacaqlı bir hala çevrildiyini əks etdirir. Türkiyəli rejissor Mahmut Taşın filmində kiçik bir qızın gözü ilə dəhşətli bir ekoloji problem təsvir edilib. Adi insan burada nəsə etməkdə acizdir, yalnız bütün ölkələrin birgə səyi nəyisə dəyişdirə bilər Koreyalı rejissor Yuyan Vanqın ərsəyə gətirdiyi Çin, Fransa, Koreyanın birgə istehsalı olan "Yaşıl boz qara qəhvəyi" sənədli filmi həyatın simulyasiya olması ideyasını və insanın dəyişən dünyaya münasibətini əks etdirir. Əsas mesaj odur ki, nə canlı aləmdə, nə insan cəmiyyətində təbii nəsə qalmayıb. Hər nə varsa, onu süni rənglərlə boyamağa məhkumuq" H.Aslanov isə qeyd edib ki, ərsəyə gətirdiyi filmin baş qəhrəmanı Azərbaycan mədəniyyəti üçün çox əhəmiyyətli bir fiqurdur "Maestro: İldırımlı yollarla" sənədli filmi ölkənin tanınmış sənət adamı, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Fuad İbrahimova həsr edilib. O, ölkəmizi Avropa və dünyada təmsil edən olduqca perspektivli dirijorlardan biridir. Onun daha yaxından tanıdılmasına bir ehtiyac duydum", – rejissor vurğulayıb Z.Kərimova F.İbrahimovun skripka ifaçısından dirijorluğa gedən sənət yolunu əks etdirən filmdə çalışmaqdan məmnunluq duyduğunu deyib: "Belə bir filmin ərsəyə gəlməsi çox əhəmiyyətlidir. Sənət adamlarını tanıtmaqla Azərbaycan mədəniyyətinə töhfə vermiş olduq. Tanınmış dirijorun yaradıcılığını əks etdirən filmin bəstəkarı olmaq xoşdur" DokuBaku Beynəlxalq Sənədli Film Festivalı (BSFF) 2017-ci ildə təsis edilib. Bu il DokuBaku BSFF, Gənc Film İstehsalçıları Assosiasiyası və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Sənədli kino - uşaq dünyası və ekoloji düşüncənin inkişafı naminə" layihəsi çərçivəsində təşkil olunan DokuToor 002 (sənədli film nümayişləri layihəsi – red.) Report Media Məktəbində 3 filmin nümayişi ilə yekunlaşıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


