Rektor: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində müstəsna yer tutan, dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi böyük ehtiramla qeyd olunur Publika.az xəbər verir ki, bu fikirləri Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bildirib Rektor qeyd edib ki, ta

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində müstəsna yer tutan, dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri kimi böyük ehtiramla qeyd olunur Publika.az xəbər verir ki, bu fikirləri Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bildirib Rektor qeyd edib ki, tarixdə elə günlər vardır ki, bütöv bir xalqın gələcəyini müəyyən edən dönüş nöqtəsinə çevrilir “15 İyun məhz belə bir gündür. Bu tarix Azərbaycanın dövlət kimi yaşamaq, inkişaf etmək və gələcəyə inamla addımlamaq haqqını qoruyub saxladığı mühüm tarixi mərhələdir. 1993-cü ildə Azərbaycan ağır sınaqlarla üz-üzə qalıb, dövlətçiliyimizin taleyi təhlükə altına düşüb, ölkədə xaos, qarşıdurma və parçalanma meyilləri güclənmişdi. Belə bir mürəkkəb dövrdə xalq öz xilaskarını çağırdı və Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı uçurum təhlükəsindən xilas etdi. Bu qayıdış təkcə siyasi hakimiyyət dəyişikliyi deyildi. Bu qayıdış Azərbaycan dövlətçiliyinin xilası, milli iradənin zəfəri və müstəqilliyimizin əbədiliyinin təminatı idi”, – deyə rektor vurğulayıb Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev qısa müddətdə ölkədə sabitlik yaratdı, milli həmrəyliyi bərpa etdi, hüquqi dövlət quruculuğunun əsasını qoydu və Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi: “Məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan tənəzzüldən tərəqqiyə, qeyri-müəyyənlikdən inkişafa doğru böyük yol keçdi. Heydər Əliyevin dövlətçilik fəlsəfəsində təhsil xüsusi yer tuturdu. Ulu Öndər yaxşı bilirdi ki, hər bir xalqın və dövlətin gələcəyi onun təhsilindən, elmindən və yetişdirdiyi insan kapitalından asılıdır. Təsadüfi deyil ki, “Təhsil millətin gələcəyidir” fikri Heydər Əliyev siyasi irsinin və dövlətçilik konsepsiyasının əsas prinsiplərindən birinə çevrilib” Rektorun sözlərinə görə, bu gün Azərbaycan təhsilinin əldə etdiyi uğurların təməlində məhz Ümummilli Liderin müəyyənləşdirdiyi strateji kurs dayanır “Azərbaycanın ali təhsil sistemi beynəlxalq əməkdaşlıqlarını genişləndirir, gənclərimiz dünyanın qabaqcıl universitetlərində təhsil alır, elm və innovasiya sahəsində yeni nailiyyətlər əldə olunur. Bu gün universitetlər gələcəyin ideyalarının formalaşdığı, innovasiyaların yarandığı və dövlətin intellektual gücünün yetişdiyi strateji mərkəzlərdir. Mingəçevir Dövlət Universiteti olaraq biz də fəaliyyətimizi məhz Ulu Öndərin müəyyən etdiyi dövlətçilik və təhsil fəlsəfəsinə uyğun qururuq. Əsas məqsədimiz milli dəyərlərə bağlı, müasir dünyagörüşünə malik, yüksək ixtisaslı və rəqabətqabiliyyətli gənclər yetişdirməkdir. Azərbaycanın gələcəyi auditoriyalarda yetişir, sabahı universitetlərdə formalaşır, qüdrəti isə bilikli və vətənpərvər gənclərin çiyinlərində yüksəlir”, – deyə Anar Eminov bildirib Anar Eminov əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi və elmi inkişafı bu siyasətin parlaq nəticəsidir. Milli Qurtuluş Günü yalnız keçmişə ehtiram günü deyil. Bu gün həm də gələcəyə məsuliyyət günüdür. Bizim vəzifəmiz Heydər Əliyev irsini sadəcə öyrənmək deyil, onu yaşatmaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaqdır. Azərbaycan gəncliyi Ulu Öndərin ideyalarına sadiq qalaraq dövlətimizin inkişafına bundan sonra da layiqli töhfələr verəcək, müstəqil Azərbaycanı yeni zirvələrə yüksəldəcək. Milli Qurtuluş Gününün işığı daim Azərbaycan dövlətçiliyinin yolunu nurlandıracaq”.(Azərtac) Magistraturaya qəbul imtahanı keçirildi - YENİLƏNDİ DİM qabiliyyət imtahanlarının yerini dəyişdi Nazir Kəlbəcərdə tək məzunun "Son zəng"ində iştirak etdi - FOTO Otuz üç ildən sonra Horovluda “Son zəng” çalındı - FOTO Ağdamdakı məktəbdən bu il təkcə o məzun oldu Azərbaycanda məktəblərə yeni model tətbiq olunacaq Müğənnilər birləşib atı "övladlığa" götürdülər Ermənistanı bürüyən dəhşətli tornadolar əhalini qorxuya saldı - VİDEO Rusiyada narazılıq yaradan erməni belə saxlanıldı: Gümrüdə abidəni dağıtmışdı - VİDEO Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi DÇ-nin açılış oyununda qol vuran ulduzun nişanlısından ecazkar fotolar Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri DÇ-2026: Türkiyə Avstraliyaya məğlub oldu - YENİLƏNİb


