Tenqri
Ana Səhifə
Dünya

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

Azərbaycan mədəniyyəti ilə folklor, adət-ənənələr, musiqi, mahnı və rəqs vasitəsilə tanış olmaq mənim üçün olduqca maraqlıdır. Bu, çox maarifləndiricidir. Bu istiqamətdə işi davam etdirmək, Cırtdan kimi xalq nağılı personajlarının obrazları əsasında nəsə yaratmaq istəyirəm Bu sözləri bu yaxınlarda

0 baxışazertag.az
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
Paylaş:

Azərbaycan mədəniyyəti ilə folklor, adət-ənənələr, musiqi, mahnı və rəqs vasitəsilə tanış olmaq mənim üçün olduqca maraqlıdır. Bu, çox maarifləndiricidir. Bu istiqamətdə işi davam etdirmək, Cırtdan kimi xalq nağılı personajlarının obrazları əsasında nəsə yaratmaq istəyirəm Bu sözləri bu yaxınlarda Bakı Bulvarında premyerası olan “Cırtdan və sehrli mirvari” yay tamaşasının rejissoru, aktyor Leonid Klyots AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib Onun sözlərinə görə, material üzərində iş prosesində öz xalqının mədəniyyəti ilə paralelləri də aşkar edib “Cırtdan çox maraqlı personajdır. Ukrayna mədəniyyətində hər kəsə kömək edən Xlopçik Pomaqay adlı bir oğlan var. Burada Cırtdanla güclü əlaqə hiss olunur - o da həmişə köməyə gəlir. Hətta bizim şoumuzda digər personajların çətin vəziyyətdən çıxış yolu tapması lazım olduqda, tamaşaçılar arasında olan uşaqlar bir ağızdan Cırtdanı çağırmağa başladılar - yəni, çətin anlarda kimə müraciət edəcəklərini bilirlər”, - deyə müsahibimiz fikirlərini bölüşüb O qeyd edib ki, layihədə həm teatr, həm də sirk nömrələri, balet və fəvvarələrlə iş kimi elementləri birləşdirmək lazım gəlib “Şounun ideyasını nəzərdən keçirərkən, əvvəlcədən mənə təqdim edilən sirk nömrələrinin siyahısından istifadə etdim. Sirk ifaçıları ilə işləmək ayrıca bir zövqdür - onlar çox səbirli, peşəkar, cəsarətli və çalışqandırlar, gecəyə qədər məşq etməyə hazırdırlar və əgər şounun sonunda suya girmək tələb olunarsa, onlar bunu da edərlər Nəticədə xoşbəxt sonluğu olan mehriban və sadə bir hekayə alındı. Layihədə həm teatr aktyorlarını, həm sirk ifaçılarını və həm də baleti bir araya gətirməyə nail olduq, bütün hadisələri isə fəvvarə şousu əhatə edir. Sözsüz ki, bütün bunları birləşdirmək çətin, lakin çox maraqlı idi!” - deyə L.Klyots vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler