Tenqri
Ana Səhifə
Dünya

“Şahdəniz” – Regionun enerji xəritəsini dəyişən layihənin 30 ili

2026-cı ildə “Şahdəniz” öz 30 illiyini qeyd edir. Bu həm Azərbaycan hökuməti, həm də bp və onun “Şahdəniz” üzrə tərəfdaşları üçün mühüm bir hadisədir bp-dən AZƏRTAC-a bildirilib ki, 2025-ci ildə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumilikdə təxminən 27 milyard standart kubmetr qa

0 baxışazertag.az
“Şahdəniz” – Regionun enerji xəritəsini dəyişən layihənin 30 ili
Paylaş:

2026-cı ildə “Şahdəniz” öz 30 illiyini qeyd edir. Bu həm Azərbaycan hökuməti, həm də bp və onun “Şahdəniz” üzrə tərəfdaşları üçün mühüm bir hadisədir bp-dən AZƏRTAC-a bildirilib ki, 2025-ci ildə “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından ümumilikdə təxminən 27 milyard standart kubmetr qaz və təxminən 4 milyon ton (təqribən 32 milyon barel) kondensat hasil olunub İlk hasilat başlayandan 2026-cı ilin 1-ci rübünün sonunadək “Şahdəniz” yatağından 271 milyard kubmetr qaz və təxminən 53 milyon ton kondensat hasil edilib “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır. bp-nin dünya üzrə ən yüksək hasilat göstəricisinə malik 20 quyusundan 17-si “Şahdəniz” yatağındadır. Bu isə yataq layının yüksək keyfiyyətini və əməliyyat mükəmməlliyini aydın şəkildə nümayiş etdirir Hazırda “Şahdəniz” yatağının ən məhsuldar quyusundan hasilat gündə 28 min barel neft ekvivalenti təşkil edir Bu günə qədər “Şahdəniz” yatağında ümumilikdə 34 quyu, o cümlədən “Şahdəniz 1” çərçivəsində 11, “Şahdəniz 2” çərçivəsində isə 23 quyu qazılıb. Bu quyulardan 32-si hazırda istismardadır 2006-cı ildə istifadəyə verildikdən etibarən CQBK, eləcə də CQBKG vasitəsilə daxili bazarlar da daxil olmaqla təxminən 271 milyard kubmetr “Şahdəniz” qazı ixrac edilib 2026-cı ilin 1-ci rübünün sonuna “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə ümumilikdə 31 milyard dollar əsaslı xərclər çəkilib “Şahdəniz” layihəsinin texniki təhlükəsizlik üzrə çox yüksək göstəriciləri var və ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi “Şahdəniz” çərçivəsində 16 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 98 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb 30 il bundan əvvəl, 4 iyun 1996-cı il tarixində “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) Bakıda SOCAR və xarici şirkətlər arasında imzalanıb. HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin ilin 17 oktyabr tarixində qüvvəyə minib “Şahdəniz” Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Yataqda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var “Şahdəniz” yatağından ilk hasilat 2006-cı ildə əldə edilib. Bu o deməkdir ki, bu il həm də yataqdan ilk hasilatın 20 ili tamam olur 17 dekabr 2013-cü il tarixində “Şahdəniz” konsorsiumu “Şahdəniz 2” layihəsinin işlənməsi üçün yekun investisiya qərarını elan edib. “Şahdəniz” yatağının ikinci fazası 2018-ci ildə hasilata başlayıb Qeyd etmək lazımdır ki, “Şahdəniz” dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və bp-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yatağıdır 20 ilə yaxındır ki, “Şahdəniz” Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edir 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin tamamlanması nəticəsində “Şahdəniz” Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə Avropa üçün yeni enerji təchizatı mənbəyinə çevrilib “Şahdəniz” yatağının kəşf edilməsi və işlənməsi Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi artan rolunu gücləndirərək ölkənin qarşıdan gələn onilliklər ərzində neft və qaz gəlirlərinin artmasına zəmin yaradıb. Bu layihə Azərbaycanı ən irihəcmli birbaşa xarici investisiya ilə təmin edib və ölkə iqtisadiyyatını daha da gücləndirib. Azərbaycan quruda yerləşən yeni obyektlərə, dəniz qurğularına və ixrac infrastrukturuna sahib olub. Bunların hamısı qabaqcıl texnologiyalardan istifadə etməklə beynəlxalq standartlara uyğun inşa edilib “Şahdəniz” üzrə sazişin imzalanmasının 30-cu ildönümü Azərbaycanın neft-qaz sənayesinin yeni tarixində mühüm bir mərhələdir. Bu, həmçinin SOCAR, bp və “Şahdəniz” sazişi üzrə bütün digər tərəfdaşlar üçün tarixi əhəmiyyət daşıyan bir gündür Xatırladaq ki, “Şahdəniz” üzrə iştirak payları belədir: bp (operator – 29,99 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz), Cənub Qaz Dəhlizi (16,02 faiz), NICO (10 faiz) və MVM (5 faiz) 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler