Tenqri
Ana Səhifə
Dünya

Regionda sabitlik üçün yaxşı fürsət yaranıb - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesinin region üçün yeni imkanlar açdığını bildirib Modern.az xəbər verir ki, nazir bu fikirləri İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra mətbuata

0 baxışmodern.az
Regionda sabitlik üçün yaxşı fürsət yaranıb - Hakan Fidan
Paylaş:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülh prosesinin region üçün yeni imkanlar açdığını bildirib Modern.az xəbər verir ki, nazir bu fikirləri İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra mətbuata açıqlamasında səsləndirib Hakan Fidan regionun münaqişələr deyil, inkişaf layihələri və ortaq rifah təşəbbüsləri ilə tanınmasının əsas hədəf olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh istiqamətində gedən proses bu baxışın ən ümidverici nümunəsidir və tərəflərin nümayiş etdirdiyi iradə real imkan pəncərəsi yaradıb Türkiyəli nazir Azərbaycan–Ermənistan sülh prosesini dəstəklədiklərini qeyd edərək, Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasının və sülh sazişinin gecikdirilmədən imzalanmasının arzulandığını bildirib O, həmçinin Ermənistanla aparılan normallaşma prosesinin Azərbaycanla sıx koordinasiya şəraitində davam etdiyini, son dörd ildə bu istiqamətdə mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb Hakan Fidan bildirib ki, bütün regionun ortaq maraqlarına xidmət edən bu müsbət dövrün inkişafı üçün fəaliyyətlər qətiyyətlə davam etdirilir

Kaynak: modern.az

Diğer Haberler