İstanbulda tramvay dayanacağında Özbəkistandan olan uşaq ölüb
İstanbulda 6 yaşlı Özbəkistan vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə Özbəkistanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb Faciə iyunun 8-də Fatih rayonunda, Laləli məhəlləsində, şəhərin tramvay dayanacaqlarından birində baş verib. İlkin məlumata görə, uşaq ailəsi ilə bir

İstanbulda 6 yaşlı Özbəkistan vətəndaşı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Bu barədə Özbəkistanın Türkiyədəki Baş Konsulluğu məlumat yayıb Faciə iyunun 8-də Fatih rayonunda, Laləli məhəlləsində, şəhərin tramvay dayanacaqlarından birində baş verib. İlkin məlumata görə, uşaq ailəsi ilə birlikdə Türkiyəyə turist kimi gəlib Tramvaydan düşəndən sonra uşaq dayanacaq platforması ilə tramvay relsləri arasında sıxılmış vəziyyətdə qalıb. Nəqliyyat vasitəsi hərəkətə keçən zaman o, həyati ilə bir araya sığmayan ağır bədən xəsarətləri alıb və hadisə yerində ölüb Hazırda Türkiyənin hüquq-mühafizə orqanları hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırma aparır Özbəkistanın İstanbuldakı Baş Konsulluğu mərhumun ailəsinə başsağlığı verib və yaxınlarına lazımi konsulluq və hüquqi yardım göstərildiyini bildirib Diplomatik nümayəndəlik həmçinin uşaqları ilə Türkiyəyə səfər edən Özbəkistan vətəndaşlarını İstanbulda ictimai nəqliyyatın sıxlığını nəzərə alaraq, onların təhlükəsizliyinə xüsusi diqqət yetirməyə və azyaşlıları nəzarətsiz qoymamağa çağırıb Bundan əvvəl özbək zəvvarlar turoperatorların qanun pozuntularına görə İstanbul hava limanında ilişib qalmışdılar Səhv tapsanız, lütfən, mətn parçasını seçin və Ctrl+Enter düymələrini basın


