“Real Madrid”in futbolçusu komanda yoldaşı ilə davadan sonra xəstəxanaya yerləşdirilib
İspaniyanın "Real Madrid" komandasının yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı Orelyen Çaumeni ilə dava etdikdən sonra xəstəxanaya yerləşdirilib AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, məşq zamanı mübahisə edən oyunçuları digər futbolçular sakitləşdiriblər. Dava daha sonra paltardəyi

İspaniyanın "Real Madrid" komandasının yarımmüdafiəçisi Federiko Valverde komanda yoldaşı Orelyen Çaumeni ilə dava etdikdən sonra xəstəxanaya yerləşdirilib AZƏRTAC “Marca”ya istinadən xəbər verir ki, məşq zamanı mübahisə edən oyunçuları digər futbolçular sakitləşdiriblər. Dava daha sonra paltardəyişmə otağında davam edib Bu, son vaxtlar “Real Madrid”də baş verən ilk xoşagəlməz hal deyil. Daha əvvəl Antonio Rüdiger və Alvaro Karreras arasında münaqişə olub İddiaya görə, komandada özbaşınalıq hökm sürür. Belə ki, "kral klubu"nun ən azı altı oyunçusunun baş məşqçi Alvaro Arbeloa ilə əlaqəni kəsdiyi, bəzilərinin isə bir-biri ilə danışmadığı barədə məlumatlar yayılıb Qeyd edək ki, “Real Madrid” mayın 10-da səfərdə “Barselona” ilə qarşılaşacaq. Hazırda Kataloniya klubu 88 xalla liderdir. Paytaxt təmsilçisi isə 77 xalla ikinci yerdə qərarlaşıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

