Tenqri
Ana Səhifə
Dünya

“Ərazi iddiasını əsas sənəddə saxlamaqla inkişaf mümkün deyil” - Politoloq

“Bu gün Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşıb. Bu reallıqları formalaşdıran Azərbaycandır” Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib O bildirib ki, sülh gündəliyinin irəli aparılması zərurətdir. Referendumun keçirilməsi, konstitusiyanın dəyişdirilməsi, Azərbaycana qarşı ərazi

0 baxış525.az
“Ərazi iddiasını əsas sənəddə saxlamaqla inkişaf mümkün deyil” - Politoloq
Paylaş:

“Bu gün Cənubi Qafqazda yeni siyasi reallıqlar formalaşıb. Bu reallıqları formalaşdıran Azərbaycandır” Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib O bildirib ki, sülh gündəliyinin irəli aparılması zərurətdir. Referendumun keçirilməsi, konstitusiyanın dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarının aradan götürülməsi lazımdır “Görünən ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən ayırmağa çalışırlar. Lakin Azərbaycanla Türkiyənin koordinasiyalı siyasəti nəticəsində birgə və müştərək addımlar davam etdiriləcək. Ermənistan bir reallığı anlamalıdır ki, qonşu dövlətə qarşı ərazi iddiasını əsas sənəddə saxlamaqla inkişaf yolu mümkün deyil Baxmayaraq ki, Azərbaycan güclü aktordur Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Azərbaycanın rəsmi sənədlərində, Konstitusiyasında Ermənistana və heç bir dövlətə qarşı ərazi iddiası olmayıb və yoxdur. Bu baxımdan Ermənistan cəmiyyəti referendum vasitəsilə həmin bu mənfi amilləri siyasi sənədlərdən çıxartmalıdır” O deyib ki, Ermənistanın birdən-birə Rusiya bazarından uzaqlaşması da mümkün görünmür. Bu mexanizmlər baxımından da, texniki olaraq da uzun bir müddət real deyil, həm də Ermənistan üçün son dərəcə yıxıcı ola bilər: “Bu, cəmiyyətin inkişafdan geri qalmasına səbəb olar, cəmiyyətin inkişafına, iqtisadi durumuna zərbə vurar. Mərhələli həll variantı ola bilər, bu da sadəcə inkişafdan keçir. Nəqliyyat və kommunikasiyaların açılması lazımdır. Gediş-gəlişin açılması xalqlararası etimad quruculuğuna müsbət təsir edəcək. Zəngəzur dəhlizinin mühüm amil kimi üzərində dayanılmalıdır. Ermənistan cəmiyyəti başa düşməlidir ki, referendum dəyişikliyi hansısa bir fiqurun hakimiyyətdə olmasından asılı olmayaraq baş tutmalıdır. Burada söhbət hansısa siyasi şəxsdən və fiqurdan getmir. Siyasi kursun dəyişdirilməsi lazımdır ki, sonrakı mərhələlərdə hər hansı bir problem gələcək nəsillərin üzərində yük yaratmasın”

Kaynak: 525.az

Diğer Haberler