Tenqri
Ana Səhifə
Dünya

Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək

Son illər Xəzər dənizinin səviyyəsinin azalması ciddi narahatlıq doğurur. Bunun təsirləri artıq sahil ekosistemlərində, iqtisadi fəaliyyətlərdə və yerli icmaların həyatında hiss olunur AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən Ümumdüny

0 baxışazertag.az
Rauf Hacıyev: Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu və birgə fəaliyyəti dəstəkləyəcək
Paylaş:

Son illər Xəzər dənizinin səviyyəsinin azalması ciddi narahatlıq doğurur. Bunun təsirləri artıq sahil ekosistemlərində, iqtisadi fəaliyyətlərdə və yerli icmaların həyatında hiss olunur AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Günü çərçivəsində təşkil olunan "Xəzər dənizi dönüş nöqtəsində: Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə"də çıxışı zamanı deyib Nazir müavininin sözlərinə görə, Xəzərin səviyyənin azalmasının səbəbləri ilə bağlı araşdırmalar davam edir. İqlim dəyişmələri, çay axınları, hidroloji proseslər və su istifadəsi kimi amillərin təsiri öyrənilir. Həmin məsələlərə dair müxtəlif elmi yanaşmalar mövcuddur və tədqiqatlar davam etdikcə biliklərimiz genişlənir: "Bugünkü görüşün məqsədi vahid mövqe formalaşdırmaq deyil. Məqsəd elmi biliklərin paylaşılması, müxtəlif yanaşmaların müzakirəsi və əməkdaşlıq imkanlarının müəyyən edilməsidir Son illərdə Xəzər dənizinin səviyyəsinin azalması beynəlxalq gündəmdə daha çox yer almağa başlayıb. COP29 çərçivəsində Bakıda keçirilən yüksəksəviyyəli nazirlər dialoqu bu məsələyə diqqətin artmasına töhfə verib. Bunun davamı olaraq Tehran Konvensiyasının Katibliyi tərəfindən gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planı hazırlanıb. Azərbaycan da bu istiqamətdə fəaliyyətini davam etdirir. Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı ikitərəfli ekspert İşçi qrupları yaradılıb. Həmin platformalar məlumat və təcrübə mübadiləsinə, elmi əməkdaşlığın inkişafına xidmət edir. Qarşıdakı dövrdə elmi araşdırmaların, müşahidələrin və məlumat mübadiləsinin gücləndirilməsi, həmçinin Xəzəryanı dövlətlər arasında əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bundan sonra da Xəzərlə bağlı məsələlərdə dialoqu, əməkdaşlığı və birgə fəaliyyəti dəstəkləyəcək. İnanırıq ki, elmə əsaslanan yanaşma və qarşılıqlı etimad Xəzərin gələcəyi ilə bağlı ortaq həllərin tapılmasına kömək edəcək. Xəzər dənizi bizi birləşdirən ortaq sərvətdir. Onun gələcəyi naminə əməkdaşlığın daha da güclənəcəyinə və bugünkü müzakirələrin faydalı nəticələr verəcəyinə inanıram", - deyə nazir müavini bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler