Rauf Hacıyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ilə bağlı həyəcanlı tendensiya olduğunu açıqlayıb - FOTO
Son illər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ciddi narahatlıq doğurur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü (WED) - 2026-ya həsr olunmuş beynəlxalq konfrans çərçivəsində

Son illər Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi ciddi narahatlıq doğurur Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü (WED) - 2026-ya həsr olunmuş beynəlxalq konfrans çərçivəsində təşkil olunan tədbirdə çıxışı zamanı deyib "Təsirləri artıq sahilyanı ekosistemlərdə, iqtisadi fəaliyyətdə və yerli icmalarda hiss olunur. Dəniz səviyyəsinin aşağı düşməsinin səbəbləri ilə bağlı araşdırmalar davam edir. İqlim dəyişikliyi, çayların axını, hidroloji proseslər və sudan istifadə kimi amillərin təsiri öyrənilir. Bu məsələlərə müxtəlif elmi yanaşmalar mövcuddur və tədqiqatlar davam etdikcə biliklərimiz genişlənir", - o deyib Nazir müavininin sözlərinə görə, bugünkü görüşün məqsədi elmi biliklərin mübadiləsi, müxtəlif yanaşmaların müzakirəsi və əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsidir "Son illərdə Xəzər dənizinin səviyyəsinin aşağı salınması məsələsi beynəlxalq gündəmdə getdikcə daha çox aktuallaşır. COP29 çərçivəsində Bakıda keçirilən yüksək səviyyəli nazirlər dialoqu bu məsələyə diqqətin artmasına səbəb olub. Bunun davamı olaraq Tehran Konvensiyasının Katibliyi Fəaliyyət Planı hazırlayıb. Xəzər dənizinin səviyyəsi, bu platformalar gələcək dövrdə elmi araşdırmaların, müşahidələrin və məlumat mübadiləsinin gücləndirilməsinə xidmət edir, Xəzərlə bağlı məsələlərdə elmi əsaslı yanaşma və qarşılıqlı etimad əsasında birgə fəaliyyətləri dəstəkləməyə davam edəcək” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


