Tenqri
Ana Səhifə
İqtisadiyyat

Rauf Cabbarov kibertəhlükəsizlik sahəsində mübarizənin vacibliyini qeyd edib

2020-ci il Vətən Müharibəsi Azərbaycana nəinki böyük qələbə gətirdi, həm də mühüm bir həqiqəti nümayiş etdirdi: qələbə təkcə səngərdə deyil, həm də kiberməkanda əldə edilir. Kibertəhlükəsizlik ənənəvi müharibə qədər vacibdir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IV Milli Ki

0 baxışday.az
Rauf Cabbarov kibertəhlükəsizlik sahəsində mübarizənin vacibliyini qeyd edib
Paylaş:

2020-ci il Vətən Müharibəsi Azərbaycana nəinki böyük qələbə gətirdi, həm də mühüm bir həqiqəti nümayiş etdirdi: qələbə təkcə səngərdə deyil, həm də kiberməkanda əldə edilir. Kibertəhlükəsizlik ənənəvi müharibə qədər vacibdir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumunun rəsmi açılış mərasimində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabbarov deyib O xatırladıb ki, ölkə üçün xüsusi əhəmiyyət kəsb edən 2022-ci ildə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. Təsisçilər bu mühüm addımı vaxtında ataraq, ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafı və bu sahədə özəl şirkətlərin sayının artırılmasının zəruriliyi barədə ictimaiyyətə mesaj göndəriblər R.Cabbarov vurğulayıb ki, ikinci və üçüncü forumlarda kibertəhlükəsizlik sahəsində şirkətlərin sayının artırılması, onlara dəstək mexanizmlərinin gücləndirilməsi, insan resurslarının inkişafı və peşəkar mütəxəssislərin hazırlanması əsas diqqət mərkəzində olub “Keçən il biz Naxçıvanda kibertəhlükəsizliyə dair forum təşkil etməklə irəliyə doğru daha bir addım atdıq.Bu, kibertəhlükəsizliyin ölkənin suverenliyi ilə bilavasitə bağlı olduğuna və Azərbaycanın bütün ərazisində təmin edilməli olduğuna dair mühüm siqnal oldu Bu gün biz dördüncü Milli Kibertəhlükəsizlik Forumunu keçiririk. Tədbirin əsas xüsusiyyətlərindən biri də 10-dan çox ölkədən 40-a yaxın mütəxəssisin iştirakıdır. İştirakçılar arasında “Huawei” və “CrowdStrike” kimi beynəlxalq şirkətlərin, türkdilli dövlətlərin assosiasiyalarının, dövlət qurumlarının nümayəndələri, həmçinin Şərq Tərəfdaşlığı ölkələrinin müvafiq qurum və təşkilatlarının rəhbərləri var Forum çərçivəsində bir sıra memorandumların imzalanması planlaşdırılır ki, bu da beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində bir addım olacaq” Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler