Keçmiş məcburi köçkünlərə dövlət tərəfindən ayrılan vəsaitin həcmi açıqlanıb
Azərbaycan Vətən Müharibəsində Qələbədən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat vəsait ayrılmışdır Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dö

Azərbaycan Vətən Müharibəsində Qələbədən sonra keçmiş məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək üçün dövlət büdcəsindən 1 milyard 654 milyon manat vəsait ayrılmışdır Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputat Vüqar Bayramov deyib “Bu məqsədlər üçün 2021-ci ildə dövlət büdcəsindən 354,4 milyon manat, 2022-ci ildə 364,9 milyon manat, 2023-cü ildə 353,9 milyon manat, 2024-cü ildə 329,2 milyon manat, 2025-ci ildə isə 252 milyon manat vəsait xərclənib. milyon manatdır”, - deyə deputat bildirib O qeyd edib ki, təkcə Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, məskunlaşdırılması üçün 2 milyard 702 milyon manat vəsait ayrılıb. Bu, Neft Fondu tərəfindən büdcə transfertlərindən kənar ayrılan 13 maliyyələşdirmə sahəsi arasında ən böyük xərc maddəsidir V. Bayramov vurğulamışdır ki, bütün bunlarla yanaşı, 2026-cı il üçün öhdəliklər nəzərə alınmaqla, işğaldan azad edilmiş ərazilərin bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılır. Azərbaycanın Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


