Tenqri
Ana Səhifə
Dünya

Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır

Kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq üçün təkcə inzibati və maliyyə resursları kifayət deyil, bu prosesdə akademik potensialın və elmi tədqiqatların rolu xüsusi əhəmiyyət daşıyır AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnfor

0 baxışazertag.az
Rasim Əliquliyev: Kibertəhlükəsizlik sahəsində akademik potensialın rolu artır
Paylaş:

Kibertəhlükəsizlik sahəsində qarşıya qoyulan hədəflərə nail olmaq üçün təkcə inzibati və maliyyə resursları kifayət deyil, bu prosesdə akademik potensialın və elmi tədqiqatların rolu xüsusi əhəmiyyət daşıyır AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə keçirilən “4-cü Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı deyib Rasim Əliquliyev bildirib ki, rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində həyata keçirilən dövlət siyasəti elmi müəssisələr, ali təhsil ocaqları və dövlət qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsini zəruri edir R.Əliquliyevin sözlərinə görə, müasir dövrdə kibertəhlükəsizlik problemlərinin həlli multidissiplinar yanaşma tələb edir: “Bu səbəbdən elmi tədqiqatların nəticələrinin praktikaya tətbiqi, innovativ həllərin hazırlanması və yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas prioritetlərdən biridir. Ölkədə kibertəhlükəsizlik sahəsində dayanıqlı inkişafın təmin olunması üçün akademik mühitin imkanlarından daha səmərəli istifadə edilməlidir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler