Əraqçi: Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi xarici hərbi qüvvələrin İran ərazisi yaxınlığında yerləşməsinin daimi risk yaratdığını bəyan edib APA xəbər verir ki, Əraqçi bu barədə "X" hesabında paylaşım edib “Ərazimizə yaxın olan xarici qüvvələr öz səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi xarici hərbi qüvvələrin İran ərazisi yaxınlığında yerləşməsinin daimi risk yaratdığını bəyan edib APA xəbər verir ki, Əraqçi bu barədə "X" hesabında paylaşım edib “Ərazimizə yaxın olan xarici qüvvələr öz səhvləri, təsadüfi insidentlər və ya qarşıdurma zonasına düşmək ehtimalı səbəbindən daimi risk altındadırlar”, - deyə o bildirib İranlı nazirin sözlərinə görə, risklərin azaldılmasının ən yaxşı yolu həmin qüvvələrin bölgəni tərk etməsidir O qeyd edib ki, İran diplomatiya dilinə üstünlük verir, lakin zərurət yaranarsa başqa üsullardan da istifadə etməyi bacarır Paylaşımda həmçinin qeyd olunur ki, Hörmüz boğazı beynəlxalq sular hesab edilmir, İran və Oman arasında bölüşdürülmüş akvatoriyadır. "İran Silahlı Qüvvələri ölkənin hava məkanının, ərazi sularının və quru sərhədlərinin pozulmasına qarşı daim yüksək hazırlıq vəziyyətindədir", - nazir yazıb


