Tenqri
Ana Səhifə
Dünya

Ramiz Mehdiyevin ailə bankı ilə bağlı rəsmi açıqlama

Bank “BTB” ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin

0 baxışmodern.az
Ramiz Mehdiyevin ailə bankı ilə bağlı rəsmi açıqlama
Paylaş:

Bank “BTB” ASC-nin Azərbaycan Beynəlxalq Bankına (ABB) inteqrasiyası və aktivlərinin ötürülməsi prosesi mərhələli şəkildə davam edir Modern.az xəbər verir ki, bunu faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarın açıqlanmasına həsr olunan mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib O qeyd edib ki, “BTB” səhmdarları tərəfindən bankın ABB-yə çevrilməsi ilə bağlı müraciət olunub və proses mərhələli şəkildə icra edilir “Depozitlərin əksəriyyəti ABB-yə keçirilib, kreditlərin keçirilməsi həyata keçirilir. Hazırda proses normal qaydada davam edir və hər hansı problem müşahidə olunmur. Biz hər hansısa bir problem görmürük. Müştərilər də prosesin gedişi ilə bağlı müraciət edir” AMB sədri qeyd edib ki, yaxın müddətdə bütün aktiv və öhdəliklərin köçürülməsi başa çatacaq: “Düşünürəm ki, bu ayın axırı, gələn ayın axırı artıq aktivlərin və öhdəliklərin, kredit portfelinin ABB-yə keçirilməsi təmin olunacaq” Qeyd edək ki, "Bank BTB” ASC-nin səhmlərinin 74,98%-i (49 min 829 ədəd) Ramiz Mehdiyevin gəlini Mehdiyeva Nigar İsmayıl qızına məxsus olub

Kaynak: modern.az

Diğer Haberler