Rafael Şvartsman: "Azərbaycana aydın aviasiya strategiyası lazımdır" - EKSKLÜZİV
Azərbaycana və Mərkəzi Asiya regionunun digər ölkələrinə imkanlarını, həmçinin rəqabət üstünlüklərini obyektiv qiymətləndirməyə imkan verəcək aydın aviasiya strategiyası lazımdır Bunu "Report"un Rio-de-Janeyroya ezam olunmuş müxbirinə açıqlamasında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA)

Azərbaycana və Mərkəzi Asiya regionunun digər ölkələrinə imkanlarını, həmçinin rəqabət üstünlüklərini obyektiv qiymətləndirməyə imkan verəcək aydın aviasiya strategiyası lazımdır Bunu "Report"un Rio-de-Janeyroya ezam olunmuş müxbirinə açıqlamasında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvartsman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində bildirib Onun sözlərinə görə, böyük aviasiya qovşağı olmaq istəyi demək olar ki, bütün dövlətlər üçün xarakterikdir: "Lakin heç də hər bir ölkə belə bir ambisiyanı reallaşdırmaq iqtidarında deyil. Əslində hər bir ölkə qovşaq rolunu oynamağı arzulayır. Lakin bu gün Azərbaycan üçün daha mühüm vəzifə aviasiya sahəsində əlaqələrin inkişaf etdirilməsidir. Vəziyyətə real şəkildə yanaşmaq lazımdır: bütün Mərkəzi Asiya dövlətləri eyni vaxtda beynəlxalq hab ola bilməzlər. Buna görə də, regionun digər ölkələri kimi Azərbaycana da mövqelərini obyektiv şəkildə qiymətləndirməyə imkan verən aydın aviasiya strategiyası lazımdır. Başqasının uğurlu təcrübəsini təkrarlamaq son dərəcə çətindir. Çünki ən böyük aviasiya qovşaqları artıq ciddi rəqabət üstünlüklərinə malikdir" R.Şvartsman əlavə edib ki, regionun daxilində hava əlaqəsi kifayət qədər inkişaf etməyib: "Ola bilsin ki, əsas inkişaf ehtiyatı məhz regional bağlantıların gücləndirilməsindədir. Fikrimcə, ölkələr diqqəti məhz bu istiqamətə yönəltməlidirlər. Qazaxıstana diqqət yetirdikdə görə bilərik ki, onun aviasiya əlaqəliliyinin mühüm bir hissəsi böyük daxili bazar hesabına təmin edilir. Bu bazar beynəlxalq daşımaları da dəstəkləyir. Azərbaycanın müqayisə oluna biləcək daxili bazara malik olduğuna əmin deyiləm. Lakin məhz daxili tələbat çox vaxt beynəlxalq marşrut şəbəkəsinin inkişafı üçün təməl rolunu oynayır" O vurğulayıb ki, özünü Dubayla müqayisə etmək və onun inkişaf modelini təkrarlamağa çalışmaq məqsədəuyğun deyil: "Dubayın və ya digər qlobal aviasiya mərkəzlərinin təcrübəsini təkrarlamaq praktiki olaraq qeyri-mümkündür. Buna görə də əsas məsələ Azərbaycanın hab olub-olmayacağı yox, məhz necə bir nəqliyyat qovşağı olmaq istəməsidir. Bunun üçün dəqiq master-plan və yekun hədəflərin aydın şəkildə dərk edilməsi tələb olunur" Onun fikrincə, bu sahə artıq bütün zəruri texnologiyalara və idarəetmə həllərinə malikdir, lakin onların reallaşdırılması uzunmüddətli planlaşdırma və prioritetlərin düzgün şəkildə müəyyənləşdirilməsini tələb edir: "Biz daim milli aviasiya strategiyalarının və inkişafa dair baş planların hazırlanmasının zəruriliyini diqqətə çatdırırıq. Ölkənin bütün hava limanlarını eyni vaxtda inkişaf etdirmək qeyri-mümkündür. Odur ki, prioritetləri müəyyən etmək lazımdır. Məsələn, Özbəkistan Səmərqənd hava limanının modernləşdirilməsi üzrə böyük işlər görüb, lakin reyslərin sayı hələ ki onun potensialına uyğun gəlmir. Qazaxıstanda da aviasiya infrastrukturunun gələcəyi ilə bağlı müzakirələr davam edir. Belə ki, Astanada ikinci uçuş-enmə zolağının tikintisinə dair planlarla yanaşı, yeni hava limanının inşası imkanı da müzakirə olunur. Bütün bunlar sahənin inkişafı üçün strateji planlaşdırmanın nə qədər vacib olduğunu göstərir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


