Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
Mediamızın saflığı və media işçilərinin nümunəvi davranışı cəmiyyətə örnək, nümunə olmalıdır. Jurnalistlərin, media rəhbərlərinin bir-birinə qarşı ədəb çərçivəsini aşan ittihamları ümumən mətbuatımızın nüfuzuna zərbə vurur Pənah gətirənə, mədət umana, imdat istəyənə heç bir kömək edə bilməyəndə məy

Mediamızın saflığı və media işçilərinin nümunəvi davranışı cəmiyyətə örnək, nümunə olmalıdır. Jurnalistlərin, media rəhbərlərinin bir-birinə qarşı ədəb çərçivəsini aşan ittihamları ümumən mətbuatımızın nüfuzuna zərbə vurur Pənah gətirənə, mədət umana, imdat istəyənə heç bir kömək edə bilməyəndə məyus olursan, bədbinliyə qapılırsan, quyunun dibinə düşürsən 12 mart Xalq şairləri Süleyman Rüstəm və Cabir Novruzun doğum günüdür. Bu gün sənət dostları, sadiq oxucuları Fəxri xiyabanda şairlərin məzarlarını ziyarət edəcəklər. Bilmirəm, gənc nəslin yaddaşında onların şeirləri nə qədər yer tutur. Amma bizim nəsillərçün dillər əzbəri olan şeirləri - "Təbrizim" və "Sağlığnda qiymət verin insanlara" şeirlərini yada salmaq istədim. Yüksək şövqlə, ruhla, enerji ilə yaradılan bu şeirlərin ab-havasının poeziyasevərlərin qəlblərini indi də ovsunlayacağına şübhə etmirəm Real TV-də Kəmalə Onurun müəllifi olduğu "Redaktor" verilişi rastıma çıxdı. Bəyəndim. Ədəbi dil normalarımızı qorumaq və təbliğ etmək baxımından lazımlı verilişdir Təbriklər və təşəkkürlər! Telefonların sındırılması dövrü gələcəkmi? Oxuyursan, dayanıb fikirləşirsən ki, bu boyda "əsər" yazmağın nə mənası var? Vaxtına da hayıfın gəlir Novruz və Ramazanın mahiyyətində yaşayan ən gözəl insani duyğular bizi tərk etməsin! Mərhəmətli olaq, qəddar yox! Yanımcıl olaq, biganə yox! Barışdırıcı olaq, davakar yox! Müxtəsəri, insan olaq, robot yox! Bayramlarınız mübarək! Ömründə bircə bədii əsər oxumayan insanı o dəqiqə ayırd etmək olur. Bədii ədəbiyyatın insana təsiri, yaratdığı reaksiyaların izləri qalır Səmimi arzular və saf dualar nəticəsiz qalmır! Yazın ilk günü Fəxri xiyabanda doğum günü olan ədiblərimizin məzarlarını ziyarət etdik. Səməd Vurğunun, Cəfər Cabbarlının, Mehdi Hüseynin, İsmayıl Şıxlının məzarlarına çiçəklər düzdük Yusif Səmədoğlunun məzarı başında Anar müəllimlə Elçin Şıxlının söhbət etdikləri şəkil isə lap mənalı alındı Professor Vilayət Quliyev mətbuat tariximizə dair dəyərli araşdırmaların, tədqiqatların müəllifidir Ötən il Vilayət müəllimin "Yorulmaz Əkinçi: Həsən bəy Zərdabi" kitabı işıq üzü gördü. Medianın İnkişafı Ağentliyi bu xidmətlərinə görə Vilayət Quliyevi "Azərbaycan milli mətbuatının 150 illiyi )" yubiley medalı ilə təltif edib Vilayət müəllimin bayram günlərində Vətənə gəlişindən istifadə edib Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədliylə birlikdə yubiley medalını təqdim etdik Hörmətli professoru təbrik edir, bol enerji, yaradıcılıq şövqü, maraqlı tədqiqatlarla oxucuları sevindirməsini arzu edirik Bəzən bir təbəssüm, bir sehrli gülüş dünyanın yaşamalı yer olduğunu yada salır, həyatı mənalandırır Cəhalət qoxuyan fikirləri yaymaq ciddi mediaya yaraşmaz. Bununla oxucu marağı qazanmağa çalışmaq məsuliyyətsizlikdir, gələcəyimizə təhlükədir, mənəviyyatımızı zədələməkdir Gözləri qabar etməkdən çəkinmək lazımdır Əziz Aqil Abbasın doğum gününü ürəkdən təbrik edirəm. Aqil müəllim elə bir insandır ki, onunla hər görüş bayramdır, unudulmazdır, yadda qalır. Bu səbəbdən də Aqil Abbas haqqında təkcə doğum günündə deyil, adi vaxtlarda da çox yazmışam. Ən məşhur yazımın adı isə "Unikal adam" olub Təbriklər, Aqil müəllim, Unikal Adam! Pulun əsas və hər şeyə qadir olması inancı mənəviyyata ağır zərbə vurub Tibbin biznesə çevrilməsi isə ayrı fəlakətdir İnandırıcı və xeyirxah yalan, gülüş doğuran iti və incə yumor istedad tələb edir. 1 apreldə - Gülüş günündə yaddaqalan, dodaqqaçıran yumorumuz olmaması, istedadımızın korşalmağındandırmı? Bəlkə də yumorluq halımız yoxdur. Qəzəb, əsəb, müharibələr, bədbin-neqativ xəbərlər qəddarlıq yaradıb. Sifətlər açılmır, gözlər gülmür Süni zəkanın yaratdığı arxayınlıq insanı zəkasızlaşdıracaq Yeni silsilənin başlaması münasibətilə Əməkdar mədəniyyət işçisi, hörmətli Müsəllim Həsənovu təbrik edirəm Tariximizin mühüm dövrünə həsr olunmuş "Qara bağ" silsiləsinin geniş tamaşaçı diqqəti qazanacağına əminəm İctimai Televiziyaya isə belə maarifləndirici layihələri davamlı dəstəklədiyinə görə ayrıca təşəkkür düşür göylərin maviliyi..." Xalq şairi Rəsul Rzanın yağış haqqında çoxlu şeirləri var. Amma "Rənglər" silsiləsindəki "Mavinin təsəlli çaları"heç yadımdan çıxmır. Göylərin dayanmadan ürəyini boşaltdığı bu günlərdə isə lap tez-tez xatırlayıram Kənddə yaşayan adamların qədrini bilmək lazımdır. Birazdan onları muzey eksponatları kimi barmaqla göstərəcəklər Söyülməli adam öldü: Zori Balayan Telefonun düymələri televizor pultundan daha rahatdır Hər yağışlı günün bir günəşli sabahı var 120 il əvvəl aprelin 7-də "Molla Nəsrəddin" dərgisinin ilk sayı işıq üzü gördü. Təmiz ana dilində xalqın dərdlərinə güzgü tutan dərgi dini fanatizmə, cəhalətə və xurafata qarşı dayanmadan mübarizə apardı "Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!" xitabıyla yola çıxan dərginin ilk sayı ziyalıların böyük coşqusuyla qarşılaşdı Dərginin yubiley günündə böyük Mirzə Cəlili, onun əqidədaşlarını hörmət və ehtiramla anmaq vəfa borcumuzdur! Bəd xəbəri tələsik və sevincək çatdırmaq hansı psixoloji sapıntının nəticəsidir? ABŞ və İran arasında iki həftəlik atəşkəs sazişinin imzalanması Məmməd Arazın 1956-cı ildə, 70 il öncə yazdığı "Müharibə olmasa" şeirini yadıma saldı Düşündüm ki, görəsən, çağdaş şairlərimiz bu gün bu mövzunu necə qələmə alardı? Müharibə olmasa, nə olardı? Biz marten sobasında Yerlə Mars arasında Dartıb yerə gətirər Bir kənddə sədr olaram Vaxtsız ölüm gen düşər Yüz yaşında dən düşər Nə qəm, nə həsrət olar Bəşərin gülləsi - söz Sözü - məhəbbət olar


