Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir
Milli Məclisin üç komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə, eləcə də bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularından biri uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq olunacaq məhdudiyyətlərdir Bu sözləri AZƏRTAC

Milli Məclisin üç komitəsinin iclasında İnzibati Xətalar Məcəlləsinə, eləcə də bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularından biri uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq olunacaq məhdudiyyətlərdir Bu sözləri AZƏRTAC-a müsahibəsində Mətbuat Şurasının sədri Rəşad Məcid deyib O qeyd edib ki, bəzi sosial şəbəkələrdə uşaqların mənəvi inkişafına mənfi təsir göstərə biləcək, onların sağlamlığına və təhlükəsizliyinə zərər vura biləcək məzmunlar mövcuddur. Bu səbəbdən uşaqların sosial şəbəkələrdən istifadəsinin valideyn nəzarəti və razılığı əsasında həyata keçirilməsi təklif olunur “Hesab edirəm ki, hazırlanan qanun layihəsi olduqca vacib və aktualdır. Güman edirəm ki, layihə Milli Məclisdə də dəstək qazanaraq qəbul ediləcək Eyni zamanda, dünyada fəaliyyət göstərən iri platforma provayderlərinin Azərbaycanda hüquqi məsuliyyət daşıması zəruridir. Çünki bəzi hallarda onlar yayılan məzmunla bağlı üzərlərinə düşən məsuliyyəti tam şəkildə yerinə yetirmirlər Qanun qəbul edildikdən sonra isə xüsusilə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı tətbiq olunacaq tələblərə və məhdudiyyətlərə görə platformalar da məsuliyyət daşımalı olacaqlar. Bu baxımdan hesab edirəm ki, ictimai müzakirələr cəmiyyətin məlumatlandırılması baxımından mühüm rol oynayıb”, - deyə Rəşad Məcid əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


