Rəşad Həsənov: Sosial media platformalarında daim monitorinq mexanizmləri tətbiq edilməlidir
Sosial media platformalarında daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var "Report" xəbər verir ki, bunu rəqəmsal, inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqın

Sosial media platformalarında daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var "Report" xəbər verir ki, bunu rəqəmsal, inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxışında deyib Onun sözlərinə görə, layihədə göstərildiyi kimi sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən ediləcək: "Hesab edirik ki, həmin siyahı tez-tez monitorinq edilməlidir. Texnologiya çox sürətlə inkişaf edir. Bir neçə aydan sonra hansı sualla qarşılaşacağımızı bilmirik. Bu səbəbdən daim monitorinq və nəzarət mexanizmlərini tətbiq etməkdə fayda var" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


