Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
Azərbaycanın Mərakeşdəki səfirliyi Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib AZƏRTAC xəbər verir ki, Mərakeş tərəfini ali təhsil, elmi tədqiqat və innovasiya naziri İzzəddin əl-Midaui təmsil edib. Tədbirdə, həmçinin Keçmiş Müqavimət Döyüşçüləri və Aza

Azərbaycanın Mərakeşdəki səfirliyi Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib AZƏRTAC xəbər verir ki, Mərakeş tərəfini ali təhsil, elmi tədqiqat və innovasiya naziri İzzəddin əl-Midaui təmsil edib. Tədbirdə, həmçinin Keçmiş Müqavimət Döyüşçüləri və Azadlıq Ordusu üzrə Ali Komissar Mustafa əl-Kəsiri, Ali Audiovizual Rabitə Şurasının sədri Lətifə Axarbaş və digər rəsmi şəxslər də iştirak ediblər 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasının tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verilib Tədbir çərçivəsində "Azərbaycandan ilham: Mərakeş perspektivi" adlı incəsənət sərgisi təşkil edilib. Qonaqların xüsusi diqqətini cəlb edən sərgidə Azərbaycana səfər etmədən ölkəmizin tarixi, mədəniyyəti, təbiəti və adət-ənənələrindən ilhamlanaraq əsərlər yaradan 13 mərakeşli rəssamın əsərləri nümayiş etdirilib. Rəsmlərdə dağ mənzərələri, milli incəsənət elementləri, gündəlik həyatdan səhnələr, kulinariya ənənələri və görkəmli Azərbaycan şəxsiyyətlərinin obrazları təsvir olunub Milli gün münasibətilə təşkil olunmuş tədbir çərçivəsində mədəni proqram təqdim olunub. Qonaqlar milli yeməklərimizin dadına baxıb, Azərbaycan musiqisini dinləyib, Azərbaycan tarixinə, mədəniyyətinə və müasir inkişafına həsr olunmuş videolara tamaşa ediblər. Milli rəqslər və ənənəvi Azərbaycan geyimlərindən ibarət nümunələr maraqla qarşılanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


