“Qızıma zəng edib ki, qayınatan binanın tinindədir, nə məsələdir?”
İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub Publika.az xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb G.Məmmədovanın atası Tapdıq Şükürov “Dialoq TV”yə bildir

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub Publika.az xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb G.Məmmədovanın atası Tapdıq Şükürov “Dialoq TV”yə bildirib ki, qızı hadisədən bir müddət əvvəl Bakıdan onların yaşadığı Yevlaxın Duzdağ qəsəbəsinə qayıdıb O, qızı Gülüzarın qayınanası ilə dalaşdığını və bu səbəbdən evdən qovulduğunu deyib: “Gəlib bizim evdə 3 gün qaldı. Həmin vaxt biz vəkil tapdıq. Vəkil dedi ki, sən Yevlaxda, mən isə Bakıda. Gəlin Bakıda kirayə ev tutun ki, işimizi apar bilək. Qızım da getdi Bakıya. 2 gün sonra gedib qayınanasıgilə ki, uşaqlarını görsün. Övladı zəng edib ki, 1 iyun uşaqların bayramıdır, bura gəlməyəcəksən? Qızım da hədiyyə alıb gedib qayınanasının yaşadığı evə Qızımın rəfiqəsi var, həmin binada yaşayır. O da qızıma zəng edib ki, bəs qayınatan binanın tinindədir, nə məsələdir, bura gələcəksən? Həmin vaxt qızım bizə də zəng etmişdi ki, bəs uşaqları görməyə gedir, çıxanda xəbər edəcək. Qayınanası da ona deyib ki, saat 2-dən tez gəlmə, evdə olmayacağıq. Qızımın qayınatası arvadından ayrı yaşayırdı, Mərdəkanda olurdu. Yəqin ki, onun gəlib çatması üçün əvvəlcədən özləri belə planlaşdırıblar. Gülüzar liftdə olanda hücum edib qətlə yetirib. Qızımın səsini qonşular eşidib. Hamısı qurama olub Öldürəndən sonra da qızımın “kaşlok”undan bank kartlarını götürüb. Qızımı evdən qovanda bank kartlarını əlindən almışdılar. Gülüzar da Yevlaxa gəlib kartları bloklatdırmışdı. Qızımdan xəbər ala bilmədiyimizə görə anası Bakıda yaşayan oğluma zəng edib ki, bacın uşaqlarını görməyə getmişdi, xəbər olmadı. Ondan sonra qızıma edilən zənglərə polis əməkdaşları cavab veriblər” T.Şükürov bildirib ki, əvvəllər ailədə hər hansı problem olmasa da, son vaxtlar narazılıqlar yaranırmış: “Qızımın qayınatasının işsiz qalmasından sonra söz-söhbətlər başladı. Qayınanası da gileylənirdi ki, harasa gedəndə pul gəlində olur. Həmin vaxt qızım bank kartını ona verdi ki, götürün sizdə qalsın” Mərhumun bacısı Gülnar Məmmədova isə bildirib ki, bacısının qayınatası ailəsindən ayrı yaşayırmış: “Onlar neçə il idi ayrılmışdılar. Bacımın qayınatası Adıgözəl Məmmədov uşaqları hələ balaca olanda onları atıb getmişdi. Sonradan qayınatası ortaya çıxdı, əvvəlcə tələb etdi ki, evdən çıxsın. Sonra bacım məhkəməyə müraciət etmişdi ki, uşaqlarını ala bilsin. Bütün bu hadisələr hamısı bir qurğu idi” Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb, A.Məmmədov şübhəli şəxs qismində tutulub. Mərhumun iki övladı var Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət - TƏFƏRRÜAT Dayısının həyat yoldaşını öldürən yeniyetmə saxlanıldı Azərbaycanda dəhşətli qətl: Dayısının həyat yoldaşını öldürdü - Yeniləndi 10 min manat oğurlayıb brend geyimlər aldı Kafedən oğurluq edənlər saxlanıldı Bakıda parkda gecəyarı iki qadına qarşı cinayət: “Ağzımı tutdu, ağaclığa apardı” - TƏFƏRRÜAT Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?


