Tenqri
Ana Səhifə
Dünya

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Yarış gərgin mübarizə şəraitində keçdi, lakin məqsədimizə çatmaq üçün uzun müddətdir hazırlaşırdıq Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda ötən gün başa çatan akrobatika gimnastikası üzrə Dünya Kubokunda qadın qrupunun heyətində qızıl medal qazanan və “AGF Trophy” kubokunun sahibi olan Azərbaycan

0 baxışazertag.az
Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir
Paylaş:

Yarış gərgin mübarizə şəraitində keçdi, lakin məqsədimizə çatmaq üçün uzun müddətdir hazırlaşırdıq Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda ötən gün başa çatan akrobatika gimnastikası üzrə Dünya Kubokunda qadın qrupunun heyətində qızıl medal qazanan və “AGF Trophy” kubokunun sahibi olan Azərbaycan gimnastı Nəzrin Zeyniyeva deyib O, əldə olunan nəticədən böyük sevinc hissi keçirdiklərini vurğulayıb: “Bu, bizim üçün çox xoş və həyəcanlı hissdir. Yarışlar asan keçmədi. Rəqiblərimiz kifayət qədər güclü idilər. Bununla belə, məşqlərdə gördüyümüz işin nəticəsini göstərərək uğur qazana bildik” Digər gimnast Anahita Başiri isə komandanın bu nəticəyə ciddi hazırlıq sayəsində nail olduğunu deyib: “Yarış həqiqətən çox çətin idi. Rəqiblərimizin güclü olduğunu bilirdik. Məşqçilərimizin rəhbərliyi altında bu yarışa uzun müddət hazırlaşmışdıq. Yarışdan əvvəl yüksək nəticə əldə edə biləcəyimizə inanırdıq. Təbii ki, müəyyən həyəcan var idi. Amma proqramlarımızı uğurla yerinə yetirdik və həm qızıl medala, həm də “AGF Trophy” kubokuna layiq görüldük” Zəhra Rəşidova isə komanda daxilindəki qarşılıqlı dəstəyin qələbədə mühüm rol oynadığını qeyd edib: “Rəqiblərimiz çox güclü idi. Ancaq biz öz gücümüzə inanırdıq. Komandamızın ən böyük üstünlüklərindən biri bir-birimizə olan inam və dəstəkdir. İstənilən vəziyyətdə bir-birimizin yanında olmağa çalışırıq. Məhz bu birlik və inam uğur qazanmağımıza kömək etdi” Qeyd edək ki, Azərbaycan üç gün davam edən kuboku 1 qızıl medalla başa vurub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler