Qvineya-Bisau şəhər ərazilərinin yenidən qurulması və mənzil tikintisi proqramını işə salır
Qvineya-Bisau həm paytaxtda, həm də dövlətin daxili regionlarında ərazilərin yenidən qurulmasına yönəlmiş yeni genişmiqyaslı proqramın işə salınmasına hazırlıq görür "Report" xəbər verir ki, bu barədə Qvineya-Bisaunun ictimai işlər, mənzil tikintisi və şəhər planlaması naziri Joze Karluş Esteveş Ba

Qvineya-Bisau həm paytaxtda, həm də dövlətin daxili regionlarında ərazilərin yenidən qurulmasına yönəlmiş yeni genişmiqyaslı proqramın işə salınmasına hazırlıq görür "Report" xəbər verir ki, bu barədə Qvineya-Bisaunun ictimai işlər, mənzil tikintisi və şəhər planlaması naziri Joze Karluş Esteveş Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışında bildirib "Hökumət həmçinin şəhərlərdə genişmiqyaslı mənzil inşasını stimullaşdırmaq üçün öz addımlarını atır. Bu proqram çərçivəsində iri infrastruktur obyektlərinin və sutəmizləyici qurğuların tikintisi həyata keçirilir. Bundan əlavə, vətəndaşların tələbatlarını təmin etmək və əhalinin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə biz "yaşıl zona"ların sahəsini artırır və yeni yaşayış binaları tikirik", - nazir vurğulayıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


