Qusarda leysan yol-körpü infrastrukturuna ziyan vurub - FOTO
Qusar rayonunda yağan güclü yağışlar nəticəsində yol-körpü infrastrukturuna ziyan dəyib. APA-nın şimal müxbirinin məlumatına görə, sel suları nəticəsində bəzi çaylar məcrasından çıxaraq ətraf ərazilərdə fəsadlar törədib. Hil çayı ətrafında yaranan vəziyyətlə bağlı əraziyə texnikalar cəlb olunub. Qus

Qusar rayonunda yağan güclü yağışlar nəticəsində yol-körpü infrastrukturuna ziyan dəyib. APA-nın şimal müxbirinin məlumatına görə, sel suları nəticəsində bəzi çaylar məcrasından çıxaraq ətraf ərazilərdə fəsadlar törədib. Hil çayı ətrafında yaranan vəziyyətlə bağlı əraziyə texnikalar cəlb olunub. Qusar-Həzrə yolunun Yasab kəndindən keçən hissəsinə də sel nəticəsində ziyan dəyib, ərazidə bərpa işləri aparılır. Rayonun Gündüzqala kəndində inşa edilmiş körpü dağılıb. Hazırda selin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir, dəyən ziyanın miqyası dəqiqləşdirilir


