Tenqri
Ana Səhifə
Dünya

Qusarda 26 yaşlı qız kişini görüntüləri ilə şantaj etdi, ondan 3 min manat istədi - TƏFƏRRÜAT

Qusar rayonunda 26 yaşlı qız münasibətdə olduğu kişini intim görüntüləri ilə şantaj edib Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Bahar 1968-ci il təvəllüdlü Elsevərlə (adlar şərti verilib – red.) Qusar şəhərində yerləşən Yeni Yaşayış massivindəki evində görüşüb Elsevə

0 baxışpublika.az
Qusarda 26 yaşlı qız kişini görüntüləri ilə şantaj etdi, ondan 3 min manat istədi - TƏFƏRRÜAT
Paylaş:

Qusar rayonunda 26 yaşlı qız münasibətdə olduğu kişini intim görüntüləri ilə şantaj edib Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Bahar 1968-ci il təvəllüdlü Elsevərlə (adlar şərti verilib – red.) Qusar şəhərində yerləşən Yeni Yaşayış massivindəki evində görüşüb Elsevərlə cinsi əlaqədə olmasını telefonun videokamerası ilə çəkib, sonra görüntüləri onun telefonuna göndərib. Çəkdikdlərini sosial şəbəkələrdə paylaşmaqla hədələyib, ondan 3500 manat məbləğində pul tələb edib İstintaq orqanı tərəfindən Baharın barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib Məhkəmədə Bahar elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, videonu Elsevərin öz xahişi ilə çəkib: “Sonradan baxıb həzz alması üçün videonu mənə çəkdirdi, ona göndərməyimi istədi Mən onu şantaj etməmişəm, pul tələbim olmayıb. O, özü mənə 300 manat verəcəyini demişdi. Mən də özümdən asılı olmadan Elsevərdən 200-300 manat istəməli oldum. O, xahiş edəndə mən videonu vermədim. Sonra özü mənə pul verəcəyini dedi.Ancaq videonu Elsevərə atmadım, buna görə münasibətlərimiz pozuldu” Təqsirləndirilən şəxs deyib ki, Elsevərdən 3500 manat tələb etməsi və onu hədələməsi yalandır: “Elsevərin telefonu var. Amma həmin vaxt şarja qoşulu olduğundan videonu öz telefonumla çəkdim. Elsevərlə votsap yazışmalarımiz olmayıb, düşmənçilik etməmişəm” Məhkəmə sənədlərindən məlum olub ki, təqsirləndirilən şəxs bu ifadəsini özünümüdafiə üçün səsləndirib. İbtidai istintaqa ifadəsində isə törətmiş olduğu əməli tam etiraf edib Bahar ibtidai istintaqa bildirib ki, 2017-ci ildə ailə qurub, 2021-ci ildə əri vəfat etdiyindən Quba şəhərində valideyinləri ilə birlikdə yaşamağa başlayıb: “Amma 9 ay əvvəl valideyinlərimlə yola getmədiyim üçün Qusar şəhərində kafeyə ofisiant işinə düzəldim. Qusarda kirayə ev tutub, yaşamağa başladım. 2025-ci ilin qış aylarında işlədiyim kafeyə əvvəllər tanımadığım Elsevər adlı şəxs gəldi. O məni yanına söhbətə dəvət etdi. Mən də buna razılıq verdim” Bahar deyib ki, Elsevər bir neçə dəfə kafeyə gəlib, onunla söhbət edib, aralarında ünsiyyət yaranıb: “Təbabətlə məşğul olduğunu bildirəndə övladım xəstə olduğu üçün ondan kömək istədim. Bir neçə dəfə xəstə övladım üçün dərman alıb verdi. Daha sonra əlaqələrimiz kəsildi” Baharın sözlərinə görə, 2025-ci ilin avqust ayının sonlarında Elsevər ona zəng edib, votsapda yazışmağa başlayıblar: “O mənimlə intim əlaqədə olmağı, seksual xarakterli hərəkətlər etməyi təklif etdi. Mən də razılaşdım. Sonra bazarlıq edərək yaşadığım evə gəldi. Evdə əyilərək iyrənc formada seksual xarakterli hərəkətlər etdi. Mobil telefonun kamerası ilə videoçəkiliş etdim. İkinci dəfə eyni hərəkətləri təklif edəndə razı olmadım və onu evdən qovdum” Bahar qeyd edib ki, Elsevər getdikdən sonra mobil telefonunda olan intim video görünütülərlə ondan pul almaq qərarına gəlib: “Votsapda Elsevəri intim hərəkətlərinin görüntülərini internetdə yaymaqla hədələdim, ondan 3500 manat tələb etdim. Görüntüləri özünə də göndərdim. Elsevər məndən vaxt istədi, razı olmadım. Bundan sonra məni Qusar Rayon Polis Şöbəsinə gətirdilər” İş üzrə zərərçəkmiş Elsevərin sözlərinə görə, Bakı şəhərində bioloji qida vasitələri satan şirkətdə qeyri-rəsmi məsləhətçi işləyir: “2025-ci ilin qış aylarında dostum Telmanla birlikdə Qusar şəhərində kafeyə getdik, kofe içdik. Telman məni kafedə ofisiant işləyən Bahar adlı xanıma təqdim edərək bioloji təbabətlə məşğul olduğumu bildirdi. Bahar isə övladında nitq qüsurları olduğunu dedi, köməklik göstərməyimi xahiş etdi. Avtomobildən dərman götürüb ona verdim. Bununla aramızda ünsiyyət yarandı. Təxminən 10 gün sonra ünsiyyətimiz kəsildi” Elsevər deyib ki, 2025-ci il avqust ayının sonlarında Bahar votsapda ona yazıb: “O, işdən çıxdığını, sevgilisindən ayrıldığını bildirdi, məni öz evinə dəvət etdi. Aramızda intim mövzularda da söhbət oldu. Sonrakı gün axşam saat 20 radələrində Qusar şəhərinə gəldim, bazarlıq edərək Baharın evinə getdim. Birlikdə spirtli içki içdik. Onunla oral intim hərəkətlərlə məşğul oldum. Bahar prosesi mobil telefonunun kamerası ilə qeydə aldı” Elsevər bildirib ki, Bahar sonradan onu çəkdiyi video görüntünü sosial şəbəkələrdə yayacağı, onu rüsvay edəcəyilə hədələyib, 3500 manat tələb edib: “Axşam saat 21:40-da Baharın evindən getdim. O, çəkdiyi videonu votsapda mənə göndərdi, ertəsi gün saat 11-dək 3500 manat pulu ona çatdırmağımı tələb etdi. Mən də Qusar Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdim” Bu cinayət işinə Qusar Rayon Məhkəməsində baxılıb. Bahar 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib Azərbaycanda vəzifəli şəxs vəfat etdi FHN və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə təlimi keçirildi Ötən həftə 1500 hektardan çox ərazi minalardan təmizlənib - VİDEO Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən şəxs saxlanıldı 11-ci sinif məzunu Araz çayında boğuldu 4 yaşlı uşağı maşın vurdu Keçid balları düşəcək? Dünyada tanınan azərbaycanlıların siyahısı açıqlandı: Bizim Xalq artisti də var - FOTO Azərbaycanı seçən rusa xəbərdarlıq edildi: Sənin kimiləri sevmirlər Azərbaycanda vəzifəli şəxs vəfat etdi Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama: Başlayırıq "Dəmir yumruq" ermənilərin 50 faizini sağaltdı - Zülfüqarov azərbaycanlıları təbrik etdi Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu

Kaynak: publika.az

Diğer Haberler