Qurtuluş günü Azərbaycanın varlığı ilə yoxluğu arasında incə cizgi idi - RƏY
Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın Heydər Əliyev tarixi şəxsiyyəti ilə birləşməsi o zamanki Azərbaycanın müstəqilliyini qoruyub saxlamasının ən həlledici məqamlarından biri idi. APA xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin birinci müavini Əli

Yenicə müstəqilliyinə qovuşmuş Azərbaycanın Heydər Əliyev tarixi şəxsiyyəti ilə birləşməsi o zamanki Azərbaycanın müstəqilliyini qoruyub saxlamasının ən həlledici məqamlarından biri idi. APA xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, Heydər Əliyevin qayıdışı olmasaydı, Azərbaycanın taleyi tamamilə başqa cür olardı: “Azərbaycanın möhtəşəm tarixi qələbəsi – Qarabağın azad olunması da öz başlanğıcını Heydər Əliyevin tarixi qayıdışından götürüb. Prezident İlham Əliyevin bundan sonra da əldə edəcəyi nailiyyətlərdə Qurtuluş məfkurəsi özünü göstərəcək”. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, 15 iyun milli siyasi təqvimdə yalnız 1993-cü ilin hadisələri ilə bağlı deyil, çarizmdən Cümhuriyyətə, Sovetlərdən müstəqilliyə qədər uzanan yüzillik tarixin simvoludur: “İki əsr boyu Azərbaycana ya çarizmin canişinləri, ya qırmızı komissarlar, ya da Moskvanın adamları başçılıq edirdi. 1969-cu ildə ilk dəfə bir şəxsiyyət həm Azərbaycanın, həm də imperiyanın rəhbərliyində təmsil olundu. Əsl Milli Qurtuluş həmin tarixdən başlanır. Atatürkdən fərqli olaraq, Ulu Öndər altı yüz illik tarixi miras üzərində deyil, totalitar sistemin içərisindən çıxaraq xalqını gələcək müstəqilliyə hazırladı və dövlət quruculuğuna rəhbərlik etdi. Heydər Əliyevin Kremldən Bakıya, oradan Naxçıvana, nəhayət, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı Zəfərimizin təməllərinin qoyulduğu Böyük Qayıdış hadisəsidir. Biz Qurtuluşdan Zəfərə gedən yolda məğlubiyyətə və işğala son qoyduq, imperiya paytaxtlarından idarə olunmaqdan, daimi torpaq itkilərindən və ömürlük köçkünlükdən əbədi xilas olduq”. Deputat Vüqar İskəndərov vurğulayıb ki, Qurtuluş günü Azərbaycanın varlığı ilə yoxluğu arasındakı o incə cizgi idi: “Məhz belə bir taleyüklü məqamda xalqımızın təkidli tələbi və böyük inamı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı real məhvdən xilas etdi. İyunun 15-də dahi şəxsiyyətin Ali Sovetin sədri seçilməsi ilə ölkəmizdə qurtuluş fəlsəfəsinin və milli birliyin təməli qoyuldu. Ümummilli Lider öz siyasi dühası, zəngin dövlətçilik təcrübəsi və sarsılmaz qətiyyəti ilə qısa müddətdə ölkədə daxili sabitliyi bərpa etdi, qanunsuz silahlı qruplaşmaları zərərsizləşdirdi və nizami ordunun qurulmasına nail oldu. “Əsrin müqaviləsi” ilə iqtisadi müstəqilliyimizin, ardınca isə hüquqi dövlət quruculuğunun təməli möhkəmləndirildi. Bu gün biz tamamilə fərqli, qürurlu və qüdrətli bir Azərbaycanda yaşayırıq. Ulu Öndərin uzaqgörənliklə əsasını qoyduğu dövlətçilik strategiyası son 20 ildən artıq dövrdə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən misilsiz uğurlarla davam etdirilib. Milli Qurtuluş Gününün bizə qazandırdığı ən böyük strateji hədəf respublikamızın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası oldu” Azərbaycanın Portuqaliyada səfirliyi təsis ediləcək Portuqaliyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayacaq Azərbaycan gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarətlə bağlı Konvensiyaya qoşulur Müsadirə olunmuş külli miqdarda narkotik məhv edilib - FOTO Milli Məclis 2025-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib Tahir Mirkişili: İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır Emin Hüseynov: Ağdam, Füzuli və Xocavənd yaxın illərdə müasir aqrar mərkəzlərə çevriləcək Xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyənlərlə test imtahanı keçirilib - FOTO Azerconnect Group İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək “Azərsun Holdinq” Barbekü festivalının baş sponsorlarındandır Azad edilən ərazilərdə 80 min hektarın suvarma suyu ilə təmin olunması nəzərdə tutulur İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib Mərkəz direktoru: Aqrar sahədə Dövlət Proqramı 5 prioritet, 16 fəaliyyət istiqamətindən ibarətdir Məcnun Məmmədov: Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarından səmərəli istifadədir Hesablama Palatasının sədri: İlk dəfədir ki, icmal büdcənin 6 komponentindən 5-i üzrə büdcədə profisit müşahidə edilib Ötən il cari xərclərin 92%-i qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanıb Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları proqnozu 300 milyon manatdan çox üstələyib Nazir: Qarabağ və Şərqi Zəngəzurda iri bağçılıq, südçülük və heyvandarlıq aqroparkları yaradılması istiqamətində işlər aparılır FHN-də Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə çatıb Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir Azərbaycana 328 kq narkotiki qayıqla keçirmək istəyən İran vətəndaşlarının məhkəməsi başlayıb Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə bu ayın pensiyaları ödənilib Vahid Hacıyev: Aqrar sektora dövlət dəstəyi əhəmiyyətli dərəcədə artırılıb Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır Soltan Məmmədov: Heydər Əliyev Fondunun Vatikanla layihələri və Natəvan mükafatı Azərbaycana qarşı əsassız iddialara layiqli cavabdır ABŞ vətəndaşı Çində casusluq ittihamı ilə həbs olunub Aqrar sahədə Dövlət Proqramı çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə keçirilib- FOTO - YENİLƏNİB Qurtuluş günü Azərbaycanın varlığı ilə yoxluğu arasında incə cizgi idi - RƏY Ötən ay ən çox bahalaşan və ucuzlaşan məhsullar bəlli olub Koordinasiya Şurasında Eqmont Qrupunun plenar iclasına hazırlıq müzakirə olunub Aqrar sahə üzrə Dövlət Proqramının icrası üçün dövlət xətti ilə 2, özəl sektordan isə 3 milyard manatdan çox vəsaitin cəlb edilməsi nəzərdə tutulur Yanvar-may aylarında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib Xalid Əhədov: İcra başçıları, sahibkarlar və iri fermerlər Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına xüsusi diqqət yetirməlidir Aqrar sahədə Dövlət Proqramı çərçivəsində Zəngilanda müşavirə keçirilir - FOTO İcra başçısı: İsmayıllıda Avropa pendir növləri istehsal olunacaq ADSEA su infrastrukturunun təmir-bərpası ilə bağlı planlarının açıqlayıb Nazir müavini: Azərbaycanda əlavə 150 min tonluq taxıl siloları yaradılacaq Macarıstanda Moldovaya məxsus nəqliyyat vasitələri qəza törədib, 8 nəfər ölüb Prezidentin köməkçisi: Dövlət proqramı aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir Nazir müavini: İribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması əsas hədəflərdəndir Azərbaycanda müasir suvarma sahələri 300 min hektara çatdırılacaq Spiker: Müasir Azərbaycan dövləti Heydər Əliyev dühasının məhsuludur Şirvan suvarma kanalının tikintisinin gələn il tamamlanması gözlənilir Xalid Əhədov: Prezidentin tapşırıqlarına əsasən, 32 rayonda 52 aqropark yaradılıb İlhamə Qədimova: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib Bəzi yerlərdə yağıntılı hava davam edir - FAKTİKİ HAVA Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir
Diğer Haberler

Buca Bələdiyyə Başçı Köməkçisi seçkisini CHP namizədi Hüseyn Zirvə qazandı | T24

Kılıçdaroğlunun MİK-dən xaric edilməsini istədiyi Tanju Özcan: Mən təyin olunan müvəkkilinin sözdə YDK-nı müdafiə etməyəcəyəm, siyasi xunta işğalı bitənə qədər CHP üzvlüyündən istefa verirəm! | T24
