Tenqri
Ana Səhifə
Dünya

Qurban bayramı ərəfəsində ət niyə bahalaşır?

Hər il Qurban bayramı ərəfəsində satışa çıxarılan heyvanların qiymətində bahalaşma müşahidə olunur. Bu il də bayram qabağı ətin qiyməti yenə yüksəlib. Mütəxəssislərin fikrincə, qiymət artımının əsas səbəbi tələbatın kəskin şəkildə yüksəlməsidir. Bayram günlərində minlərlə ailə qurban kəsməyə çalışdı

0 baxış525.az
Qurban bayramı ərəfəsində ət niyə bahalaşır?
Paylaş:

Hər il Qurban bayramı ərəfəsində satışa çıxarılan heyvanların qiymətində bahalaşma müşahidə olunur. Bu il də bayram qabağı ətin qiyməti yenə yüksəlib. Mütəxəssislərin fikrincə, qiymət artımının əsas səbəbi tələbatın kəskin şəkildə yüksəlməsidir. Bayram günlərində minlərlə ailə qurban kəsməyə çalışdığı üçün xüsusilə qoyun və quzuya olan ehtiyac artır. Tələbatın çoxalması isə bazarda qiymətlərin yüksəlməsinə səbəb olur Bahalaşmaya təsir edən digər mühüm amil yerli istehsalın azalmasıdır. Son illərdə xırdabuynuzlu heyvanların sayında azalma müşahidə olunur. Yem qiymətlərinin artması, örüş sahələrinin azalması və heyvandarlıq xərclərinin yüksəlməsi fermerlərin fəaliyyətinə təsir göstərir. Nəticədə bazara çıxarılan heyvanların sayı azalır və qiymətlər yüksəlir İqtisadçı ekspert Akif Nəsirli deyir ki, Qurban bayramı ərəfəsində heyvan bazarında qiymət artımı gözləntiləri artıq ənənə halını alıb. Statistik məlumatlar bu il də tendensiyanın dəyişmədiyini, əksinə, bir neçə əlavə faktorun qiymətlərə təzyiq etdiyini göstərir. Məsələyə iqtisadi reallıqlar və istehlakçı davranışı prizmasından yanaşanda ortaya aydın mənzərə çıxır. Ümumi qiymətləndirmə aparanda 15-25 faiz artım proqnozu real görünür. Hətta bəzi kateqoriyalarda, xüsusilə kiçik qurbanlıqlarda bu rəqəm daha yuxarı ola bilər. Səbəb aydındır: orta gəlirli ailələrin böyük hissəsi dana və ya iribuynuzlu heyvanın qiymətini ödəyə bilməyəndə daha ucuz alternativ olan qoyun və keçiyə üz tutur. Bu, xırdabuynuzlu heyvan bazarında əlavə tələb yaradır. Tələb artdıqca qoyun və keçinin qiyməti proporsional olaraq daha çox qalxır. Keçən il 250 manata olan qoyun bu il 320-350 manat, 200 manatlıq keçi 270-290 manat ola bilər. Yəni faizlə ifadədə xırdabuynuzlu heyvanın bahalaşması danadan daha sürətli gedir: "Qiymət artımı realdır və məntiqlidir, çünki istehsal xərcləri kəskin yüksəlib. Yem, baytarlıq dərmanı, nəqliyyat və saxlama xərclərində son bir ildə 20 faizə yaxın bahalaşma qeydə alınıb. Fermer üçün bu xərclər birbaşa maya dəyərinə təsir edir. Heyvanı saxlamaq, kökəltmək, şəhər bazarına gətirmək əvvəlki illərlə müqayisədə xeyli baha başa gəlir. Fermerlər bazarın qaydasını yaxşı bilir: bayramqabağı tələb pik həddə çatır və bu dövrdə qiyməti qaldırmaq tam iqtisadi davranışdır. Təcrübə göstərir ki, bayramdan əvvəlki son 2-3 həftədə qiymət sıçrayışı 10-15 faiz təşkil edir. Buna səbəb son günlərdə alıcı axınının artması və satıcının "artıq endirim etmərəm, onsuz da alacaqlar" psixologiyasıdır. Ona görə qənaət etmək istəyən istehlakçı üçün ən praktik tövsiyə heyvanı bayramdan ən azı 3-4 həftə əvvəl almaqdır. Ümumi qiymətləndirmə aparanda 15-25 faiz artım proqnozu real görünür. Hətta bəzi kateqoriyalarda, xüsusilə kiçik qurbanlıqlarda bu rəqəm daha yuxarı ola bilər. Səbəb aydındır: orta gəlirli ailələrin böyük hissəsi dana və ya iribuynuzlu heyvanın qiymətini ödəyə bilməyəndə daha ucuz alternativ olan qoyun və keçiyə üz tutur. Bu, xırdabuynuzlu heyvan bazarında əlavə tələb yaradır" İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, ət bazarında qiymətlər artıq bir neçə ildir ardıcıl şəkildə yüksəlir: "Qurban bayramı zamanı tələbatın artması əvvəlki illərin təcrübəsinə əsasən qiymətlərin yüksəlməsinə səbəb olacaq. Çox güman ki, bayram ərəfəsində ətin qiymətində yenidən müəyyən dərəcədə, az da olsa artım görəcəyik. Bu, bazarda tələbin yüksəlməsi ilə birbaşa bağlıdır" İqtisadçının sözlərinə görə, qiymət artımının da müəyyən həddi var: "Qiymətin öz maksimal səviyyəsi mövcuddur. Elə bir həddə çata bilər ki, alıcılıq qabiliyyəti aşağı düşsün. İnsanlar almayacaqsa, yüksək qiymətin heç bir əhəmiyyəti qalmır. Hesab edirəm ki, ət qiymətləri artıq maksimal səviyyəyə yaxınlaşıb. Bundan sonrakı ciddi bahalaşma satıcıların özlərinə də mənfi təsir göstərə bilər. Çünki alıcılıq qabiliyyətinin azalması satışların düşməsinə gətirib çıxaracaq" Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov qeyd edib ki, son bir ay ərzində xırdabuynuzlu heyvanların ətinin bir kiloqramında təxminən 50 qəpik artım qeydə alınıb. Ölkədə ətə olan alıcılıq qabiliyyəti aşağıdır. İstehlakçılar daha çox toyuq əti, iribuynuzlu heyvan əti və xaricdən idxal edilən ət məhsullarını seçirlər: "Qurban bayramı dövründə əsasən diri heyvanların alınmasına üstünlük verilir. Əsasən xırdabuynuzlu heyvanların kəsildiyi üçün dana ətinin qiymətində ciddi bahalaşma gözlənilmir. Hazırda təklif edilən xırdabuynuzlu heyvanlar 9-16 kiloqram aralığında təmiz çəkidə olur. Quzu ətinin bir kiloqramının qiyməti hazırda təxminən 22 manatdır. Bayram dövründə isə bu qiymətin 23 manata qədər yüksələcəyi gözlənilir" Vahid Məhərrəmov əlavə edib ki, ölkədə heyvan sayının getdikcə azalması müşahidə olunur. "Bunun əsas səbəbləri kimi yem çatışmazlığı və örüş sahələrinin azalması göstərilir. Bu səbəbdən fermerlər və kəndlilər xərclərini qarşılamaq üçün mövcud heyvanları daha yüksək qiymətə satmağa çalışırlar" Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimlinin dediyinə görə, Qurban bayramında xırdabuynuzlu heyvanlara tələb daha çox olur: "Bu çərçivədə fermerlərimizin illərdir təcrübəsi var. Kifayət qədər qurbanlıq parametrlərinə uyğun olan heyvanları saxlayıb yetişdirirlər. Qurban bayramında kütləvi tələb olduğu zaman qurbanlıq heyvanların satışını təmin edirlər. Yəni bazara kifayət qədər yerli heyvanlar çıxarılır. İllərdir Qurban bayramından sonra belə gətirilən heyvanların bir hissəsi qalır. Bu zaman sahibkarlar ehtiyac olan böyük şəhərlərdə heyvanların satışı təmin edir"

Kaynak: 525.az

Diğer Haberler

Qurban bayramı ərəfəsində ət niyə bahalaşır? | Tenqri