“Bu il Azərbaycan ilk dəfə üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək” - Fərid Qayıbov
Bakıda üzgüçülüyün və sağlam həyat tərzinin təbliğinə yönəlmiş “Hamı üçün üzgüçülük” layihəsinin final mərhələsi baş tutub Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib ki, layihə artıq altıncı ildir həyata keçirilir və kütl

Bakıda üzgüçülüyün və sağlam həyat tərzinin təbliğinə yönəlmiş “Hamı üçün üzgüçülük” layihəsinin final mərhələsi baş tutub Day.Az İdman.biz-ə istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib ki, layihə artıq altıncı ildir həyata keçirilir və kütləvi üzgüçülüyün inkişafında mühüm rol oynayır "Ölkənin bütün hovuzlarında yarış günü elan edirik. Təsnifat mərhələsində uğurla çıxış edən idmançılar finalda iştirak etmək hüququ qazanır. Bütün bunlar üzgüçülüyün kütləviləşməsinə və kütləvi inkişafına yönəlib", - Qayıbov deyib Nazir qeyd edib ki, bu il yarışda Azərbaycan və Türkiyədən idmançılar iştirak edir. Onun sözlərinə görə, “Kürdən keçək” layihələri və məktəblərdə keçirilən müxtəlif üzgüçülük tədbirləri də bu idman növünə marağın artmasına kömək edir Fərid Qayıbov xatırladıb ki, bu il Azərbaycan ilk dəfə üzgüçülük üzrə Dünya Kubokuna ev sahibliyi edəcək "Azərbaycan tarixdə ilk dəfə üzgüçülük üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək. İdmançılarımız da ilk dəfə bu turnirdə çıxış edəcəklər. Hər kəsi üzgüçülərimizə dəstək olmağa çağırıram", - nazir vurğulayıb Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

