Qubada din xadimləri üçün təlim keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 19-da Quba şəhərində bölgədə fəaliyyət göstərən din xadimləri üçün "Din xadimləri və müasir çağırışlar" mövzusunda təlim təşkil olunub Komitədən "Report"a bildirilib ki, din xadimlərinin peşəkarlıq səviyyələrinin, dini maarifləndir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə mayın 19-da Quba şəhərində bölgədə fəaliyyət göstərən din xadimləri üçün "Din xadimləri və müasir çağırışlar" mövzusunda təlim təşkil olunub Komitədən "Report"a bildirilib ki, din xadimlərinin peşəkarlıq səviyyələrinin, dini maarifləndirmə və auditoriya ilə ünsiyyət bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov geniş təqdimatla çıxış edib Təlimçi çıxışında dini maarifləndirmə fəaliyyətinin müasir dövrdə qarşılaşdığı çağırışlardan, cəmiyyətin dini biliklərə artan tələbatından və bu sahədə din xadimlərinin üzərinə düşən məsuliyyətdən bəhs edib. Bildirib ki, dini maarifləndirmə sistemli yanaşma, düzgün metodologiya və yüksək mənəvi məsuliyyət tələb edən fəaliyyətdir. Onun sözlərinə görə, bölgələrdə dini maarifləndirmə sahəsində gələcək fəaliyyətin daha effektiv qurulması üçün istifadə olunan üsul və yanaşmalar davamlı şəkildə təhlil edilməlidir E.Məmmədov dini fəaliyyət sahəsində şəxsi nümunənin rolundan da danışıb. O qeyd edib ki, din xadiminin daxili mənəviyyatı, davranışı, insanlarla münasibəti və ədəb-ərkanı onun cəmiyyətdəki nüfuzunu müəyyən edən əsas amillərdəndir Bildirilib ki, radikal qruplar xüsusilə gəncləri milli-mənəvi dəyərlərdən uzaqlaşdırmağa və onları cəmiyyətə yad ideologiyaların təsiri altına salmağa çalışırlar. Bu cəhdlərin qarşısının alınmasında din xadimlərinin maarifləndirici fəaliyyəti və cəmiyyətlə düzgün ünsiyyəti mühüm rol oynayır. İslam dini vətənpərvərlik, milli birlik, qarşılıqlı hörmət və dinc birgəyaşayış kimi ali dəyərləri təşviq edir. Əsrlərboyu formalaşmış milli kimlik, zəngin mənəvi irs, adət-ənənələr və tolerantlıq mühiti dini radikalizmə qarşı ən güclü mənəvi dayaqlardan biridir. Bu vəhdətin qorunmasının dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb İnteraktiv formada keçirilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


