Qətər sahillərində yük gəmisinə dronla zərbə endirilib - YENİLƏNİB
Qətərin ərazi sularında kommersiya yük gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb APA xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb Əbu-Dabidən hərəkət edən yük gəmisi Mesaid limanının şimal-şərqində, Qətərin ərazi sularında dron hücumuna məruz qalıb. Nəticədə gəminin gö

Qətərin ərazi sularında kommersiya yük gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb APA xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyi məlumat yayıb Əbu-Dabidən hərəkət edən yük gəmisi Mesaid limanının şimal-şərqində, Qətərin ərazi sularında dron hücumuna məruz qalıb. Nəticədə gəminin göyərtəsində məhdud yanğın baş verib Müdafiə Nazirliyi qeyd edib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Gəmi heyəti vəziyyəti nəzarət altına almağa nail olub və bundan sonra gəmi Mesaid limanı istiqamətində hərəkətini davam etdirib Hazırda zəruri tədbirlərin görüldüyü və aidiyyəti qurumlarla koordinasiyanın həyata keçirildiyi bildirilib Qətər sahilləri yaxınlığında yük gəmisi vurulub APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Təşkilatı (UKMTO) məlumat yayıb Hadisə gəmi Qətərin paytaxtı Doha şəhərindən 23 dəniz mili şimal-şərqdə hərəkətdə olarkən baş verib. Gəmidə baş verən yanğın qısa müddətdə söndürülüb. Gəmi kapitanı hadisə nəticəsində xəsarət alan olmadığını və ətraf mühitə ziyan dəymədiyini bildirib UKMTO qeyd edib ki, mərminin haradan atıldığı araşdırılır. Bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib


